Tramp Səudiyyə Ərəbistanını husilərlə mübarizədə İsrailin yardımını qəbul etməyə çağırıb
1 min read

Tramp Səudiyyə Ərəbistanını husilərlə mübarizədə İsrailin yardımını qəbul etməyə çağırıb

ABŞ prezidenti Donald Tramp hesab edir ki, Səudiyyə Ərəbistanı Yəməndə husilərə (“Ənsar Allah” hərəkatı) qarşı mübarizədə İsrailin yardımını qəbul etməlidir.

Canlixeber.com xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

O, İsrailin artıq Səudiyyə Ərəbistanına böyük kömək göstərdiyini və bundan sonra da belə edəcəyini bildirib.

ABŞ lideri, həmçinin Səudiyyə Ərəbistanının İsraillə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan İbrahim sazişlərinə qoşulması məsələsinin yenidən nəzərdən keçirildiyini təsdiqləyib. Trampın sözlərinə görə, bu ehtimal əvvəlkindən daha yüksəkdir. O, İbrahim sazişlərini ABŞ-ın ən böyük nailiyyətlərindən biri adlandırıb və Səudiyyə Ərəbistanının həm İsrailin, həm də ABŞ-ın dəstəyindən məmnun olduğunu qeyd edib.