1 min read

Hindistanda yük maşını zəvvarların üzərinə çırpılıb, 12 nəfər ölüb

Hindistanın Qvalior şəhərində yük maşınının zəvvarların üzərinə çırpılması nəticəsində 12 nəfər ölüb, 27 nəfər xəsarət alıb. Canlixeber.com xəbər verir ki, bu barədə yerli polis rəisi Dharmvir Singh məlumat verib. Hadisə Şitala Mata məbədinin yaxınlığında baş verib. Düyü daşıyan yük maşınının sürücüsü idarəetməni itirib, avtomobil polis maneələrini keçərək insanlara və məbədin giriş qapısına çırpılıb. Məlumata görə, […]

1 min read

Pakistan ordusu Əfqanıstanla sərhəddə ağır silahlardan istifadə edib

Pakistan Silahlı Qüvvələri Əfqanıstan hərbçilərinin Kurram sərhəd bölgəsində açdığı atəşə cavab olaraq ağır silahlardan istifadə edib. Canlixeber.com xəbər verir ki, bu barədə Pakistanın dövlət televiziyası “PTV” məlumat yayıb. “Pakistan ordusu Kurram sektorunda Əfqanıstan Talibanının səbəbsiz atəşinə ağır silahlardan istifadə etməklə effektiv cavab verib”, – deyə məlumatda qeyd olunub. Qeyd olunub ki, cavab zərbəsi nəticəsində Əfqanıstan […]

1 min read

U-23 dünya çempionatı: Azərbaycanın daha iki güləşçisi medal qazanıb

Azərbaycanın daha iki təmsilçisi ABŞ-nin Las Veqas şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında medal qazanıb. Canlixeber.com xəbər verir ki, sərbəst güləşçilərdən Anar Cəfərli (92 kq) və Xetaq Karsanov (125 kq) yarışın bürünc mükafatına sahib çıxıblar. A.Cəfərli üçüncü yer uğrunda görüşdə italiyalı Qabriele Nikkoliniyə tam üstünlüklə (10:0) qalib gəlib. X.Karsanov rusiyalı Andrey Bestayevi 8:1 hesabıyla […]

3 mins read

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Oktyabrın 18-i Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. Canlixeber.com xatırladır ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. Xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılıb, dövlət atributları təsis olunub, sərhədləri müəyyənləşdirilib, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib. Cümhuriyyətin beynəlxalq […]

1 min read

Bakıda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza baş verdi: Xəsarət alanlar var

Bakının Ziya Bünyadov prospektində dörd avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. Canlixeber.com xəbər verir ki, hərəkətdə olan VAZ-2107 markalı avtomobil texniki nasazlıq səbəbindən qəfil dayanıb. Bu zaman arxadan gələn “Opel” markalı avtomobil ona çırpılıb. Daha sonra eyni istiqamətdə hərəkət edən digər VAZ-2107 və BYD markalı avtomobillər də qəzaya uğrayan nəqliyyat vasitələri ilə toqquşublar. Hadisə […]

1 min read

Premyer Liqa: “İmişli” “Turan Tovuz”u, “Zirə” “Kəpəz”i qəbul edəcək

Misli Premyer Liqasında 8-ci tura bu gün yekun vurulacaq. Canlixeber.com xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma keçiriləcək. Günün ilk matçında “Turan Tovuz” səfərdə “İmişli” ilə üz-üzə gələcək. Matç saat 15:00-da start götürəcək. Qonaq komanda hazırda 14 xalla dördüncü pillədə qərarlaşıb. Meydan sahibləri 4 xalla doqquzuncu sıradadırlar. Digər qarşılaşmada isə “Kəpəz” doğma azarkeşlər […]

1 min read

Xırdalanda baş verən yanğın söndürülüb

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşayış kompleksinin ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən yaşayış binalarına və obyektlərə yayılmasına imkan verilmədən tam söndürülüb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəsarət alan olmayıb. ** Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin operativ müdaxiləsi sayəsində Abşeron rayonu, Xırdalan şəhərində […]

1 min read

Bu gün hava necə olacaq?

Oktyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-20° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi […]

1 min read

Azərbaycan Premyer Liqasında X, XI və XII turun oyun cədvəli müəyyənləşib

Misli Premyer Liqasında X, XI və XII turun oyun cədvəli müəyyənləşib. Canlixeber.com xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb. X turun görüşləri 4, XI və XII turun matçları isə 3 günü əhatə edəcək. Misli Premyer Liqası I dövrə, X tur 30 oktyabr 18:30. “Turan Tovuz” – “Sabah” Tovuz şəhər stadionu […]

1 min read

Xırdalanda 25 yaşlı oğlan binadan yıxılaraq ölüb

Xırdalanda 25 yaşlı oğlan binadan yıxılaraq ölüb. Canlixeber.com xəbər verir ki, hadisə Abşeron rayonunun Xırdalan şəhərində yerləşən “Kristal Abşeron” yaşayış kompleksində qeydə alınıb. 2001-ci il təvəllüdlü Cavid Hüseynov çoxmərtəbəli yaşayış binasından yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə həyatını itirib. Hadisənin başvermə səbəbləri araşdırılır.