October 2026
Tovuzda üzərinə benzin tökülərək yandırılan qadın öldü: Oğlu saxlanıldı
Tovuzda qadın evdə aldığı yanıq xəsarətlərindən ölüb. Canlixeber.com xəbər verir ki, Tovuz rayonu Qovlar şəhərində 22 yaşlı Elyar Hüseynlinin yaşadıqları evdə anası, 45 yaşlı Nüşabə Hüseynovanın üzərinə benzin tökərək yandırdığı iddia edilir. Xəstəxanaya yerləşdirilən qadın orada ölüb. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində E.Hüseynli saxlanılıb.
Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq
Bu gün paytaxtın Suraxanı rayonunun bəzi ərazilərinə elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Qeyd olunub ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 3-də Suraxanı rayonunda 6 kV-luq hava xəttində təmir işləri həyata keçiriləcək. Təmir işləri ilə əlaqədar Hövsan […]
“Turan Tovuz” bu gün Bakıda “Fənərbağça” ilə üz-üzə gələcək
“Turan Tovuz” bu gün Bakıda Türkiyənin “Fənərbağça” komandası ilə yoxlama oyunu keçirəcək. Canlixeber.com xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Matç saat 20:00-da start götürəcək. Görüşün baş hakimi Rəvan Həmzəzadə olacaq. Oyundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək. Xatırladaq ki, 1994-cü ildə Azərbaycanı avrokuboklarda təmsil edən ilk komanda “Turan” […]
“Forsaj” seriala çevrilir: Premyera tarixi məlum oldu
“Peacock” striminq platforması “Forsaj” kino franşizası əsasında serial çəkəcəyini elan edib. İlk dəfə 2026-cı ilin mayında haqqında danışılan layihənin hazırlanmasına artıq rəsmi razılıq verilib. Canlixeber.com xəbər verir ki, bu barədə “Variety” nəşri məlumat yayıb. Məlumata görə, franşizanın ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi də iştirak edib-etməyəcəyi isə hələlik məlum deyil. […]
UEFA Millətlər Liqası: Günün ən maraqlı qarşılaşmaları
Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti oyunları keçiriləcək. Canlixeber.com xəbər verir ki, oyun günündə 8 qarşılaşma baş tutacaq. A Liqasının III qrupunda Xorvatiya İngiltərəni, İspaniya isə Çexiyanı qəbul edəcək. B Liqasının I qrupunda Şimali Makedoniya Şotlandiya ilə, İsveçrə isə Sloveniya ilə üz-üzə gələcək. C Liqasının I qrupunda Finlandiya Albaniyanı, Belarus isə San-Marino ilə […]
Bu gün hava necə olacaq?
Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-15° isti, gündüz […]
Bəzi rayonlarda şimşək çaxır, yağış yağır – Faktiki hava
Oktyabrın 2-si saat 16:00-a olan faktiki hava açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, oktyabrın 2-si saat 16:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Sarıbaş (Qax), Şəki, Ağstafa, Xızı, Xaçmaz, Şabran, Quba, Qusarda şimşək çaxır, arabir yağış yağır. Hazırda bəzi yerlərdə şimal-qərb […]
58 yaşlı kişi sevdiyi qızı alan şəxsi armaturla döydü
Astarada 58 yaşlı kişi sevdiyi qızla ailə quran həmyerlisini armaturla döyüb. Canlixeber.com xəbər verir ki, hadisə Astara şəhəri ərazisindəki bulvarda baş verib. Rayon sakini, 1968-ci il təvəllüdlü İlham Hacıyev rayonda bir qız sevsə də, onunla ailə qura bilməyib. Xanım İlqar Qarayev adlı şəxslə ailə qurub və Rusiyaya köçüb. Ailə uzun müddət Rusiyada yaşadıqdan sonra Astara […]
Yardımlıda çayxanaya basqın: Sahibkar bıçaqlandı
Yardımlıda çayxanada bıçaqlanma hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Yardımlı şəhəri, Heydər Əliyev küçəsi 10 ünvanında yerləşən çay evində baş verib. Çayxanaya müştəri kimi gələn rayon sakini, 1988-ci il təvəllüdlü Kərim Hüseynzadə obyektin sahibi İlqar İmanzadə ilə mübahisə edib. Bu zaman sahibkar Kərim Hüseynzadədən çayxanadan çıxmasını tələb edib. Kərim buna əhəmiyyət vermədikdə İlqar […]
Qaxda polis əməliyyatı: Narkotacirlərin telefon danışıqları yayıldı
Qaxda yeddi kiloqram narkotik vasitə aşkarlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, tədbirlərlə H.Həsənov və A.Qurbanov saxlanılıblar. Onlardan yeddi kiloqramdan artıq narkotik vasitə aşkarlanıb. Saxlanılan şəxslər narkotik vasitələri satmaq məqsədi ilə İran vətəndaşından əldə etdiklərini bildiriblər. Onların əcnəbi narkotacirlə danışıqları mobil telefonlarında “WhatsApp” mesencerində qeydə alınıb.
