October 2026
Ermənistanda saxlanılan Azərbaycan əsgəri ilə bağlı ikinci cinayət işi açıldı
Ermənistanın Baş Prokurorluğu naməlum şəraitdə sərhədi keçərək Zəngəzurda saxlanılan Azərbaycan əsgəri barədə daha bir cinayət işi başladıb. Canlixeber.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Sözügedən iş Ermənistan Respublikası Cinayət Məcəlləsinin 469-cu maddəsinin 1-ci hissəsi (dövlət sərhədini qanunsuz keçmə) və 340-cı maddəsinin 1-ci hissəsinə (odlu silahın qaçaqmalçılığı) əsasən açılıb.
Kəmaləddin Heydərov FHN-in strukturunu dəyişdi: Yeddi idarə şöbəyə çevrildi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında bir sıra struktur dəyişiklikləri həyata keçirilib. Canlixeber.com xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Aparatda 7 idarə adları dəyişdirilmədən şöbəyə çevrilib, iki idarə ləğv edilib, bir yeni idarə yaradılıb. Belə ki, Vüsalə Ömərlinin rəhbərlik etdiyi idarə Fövqəladə halların xəbərdar edilməsi şöbəsinə, Vidadi Məmmədovun rəhbərlik etdiyi […]
Yeni Azərbaycan Partiyasının fəaliyyəti qənaətbəxş hesab edilib
Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultaydan sonrakı dövr üçün fəaliyyəti qənaətbəxş hesab edilib. Canlixeber.com xəbər verir ki, Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında buna dair təkliflər irəli sürülüb və məsələ səsə qoyularaq yekdilliklə təsdiq olunub.
Prezident: “Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq”
“Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq”. Canlixeber.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı bildirib. “Bu siyasəti biz müntəzəm aparırıq ki, Azərbaycan xalqının rifahı ildən-ilə yaxşılaşsın”, – deyə dövlətimizin başçısı vurğulayıb.
Ötən ay dövlət sərhədində 593 kq narkotik aşkarlanıb
Ötən ay dövlət sərhədində 593 kq narkotik aşkarlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 593 kiloqram 439 qram narkоtik vasitə və 11 504 ədəd müxtəlif tərkibli həb aşkarlanaraq (müxtəlif vaxtlarda uçuş aparatları vasitəsilə 296 kiloqram 178 qram) dövriyyədən çıxarılıb.
Azərbaycanda ötən ay dövlət sərhədini pоzan 20 nəfər saxlanılıb
Azərbaycanda ötən ay dövlət sərhədini pоzan 20 nəfər saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. Bildirilib ki, ay ərzində dövlət sərhədini pоzduqlarına görə 20 nəfər saxlanılıb. Onların 6-sı Pakistan, 4-ü Azərbaycan, 4-ü İran, 2-si Şri-Lanka, 1-i Əfqanıstan, 1-i Belarus, 1-i Gürcüstan və 1-i Türkiyə vətəndaşıdır. Qanunsuz miqrasiya ilə mübarizə […]
Bu ilin ilk 9 ayında məişət zorakılığından zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi bu ilin ilk 9 ayında məişət zorakılığından zərər çəkmiş 46 nəfəri sosial reabilitasiya xidmətləri ilə təmin edib. Canlixeber.com xəbər verir ki, bu barədə ƏƏSMN-dən məlumat verilib. Bildirilib ki, onlardan 26 nəfəri uşaqlardır. Həmin şəxslərin sosial reabilitasiyası, sosial statuslarının bərpası ilə bağlı fərdi iş planı […]
Azərbaycan – Litva oyununa portuqaliyalı hakimlər təyinat alıblar
UEFA Millətlər Liqasında keçiriləcək Azərbaycan – Litva oyununun hakimləri müəyyənləşib. Canlixeber.com xəbər verir ki, D Liqasının 2-ci qrupunun matçı Portuqaliyadan olan ədalət təmsilçilərinə tapşırılıb. FIFA referis Qustavo Korreyaya həmyerliləri Andre Filipe Noqeyra Dias və Andreya Souza kömək göstərəcək. Dördüncü hakim funksiyasını Migel Andre Monteyro Fonseka yerinə yetirəcək. VAR-da Bruno Esteves, AVAR-da Ana Klaudiya Silva Ribeyro […]
Məhkumun köhnə tikilidə gizlətdiyi avtomat aşkarlanaraq götürülüb
Bakıda məhkumun Şüvəlan qəsəbəsindəki çimərlik ərazisində yerləşən köhnə tikilinin yanında torpağa basdırılaraq gizlədilmiş avtomatı aşkarlanaraq götürülüb. Canlixeber.com xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Xəzər […]
Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib
Azərbaycan Mərkəzi Bankının (AMB) Pul siyasəti departamentinin direktoru Azər Ələsgərov qurumun baş direktoru təyin edilib. Canlixeber.com xəbər verir ki, bununla da, baş direktorların sayı yenidən 10-a çatıb. Yeni baş direktor bu vəzifədə avqustda işdən çıxmış Vüqar Əhmədovu əvəz edib. A.Ələsgərov 1977-ci ildə Bakıda anadan olub, 1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun “İqtisadiyyatın tənzimlənməsi” ixtisası üzrə […]
