1 min read

Trampın eks-müşaviri türkiyəli biznesmenlə ailə qurur – Özündən 13 yaş kiçikdir

ABŞ Prezidenti Donald Trampın keçmiş müşaviri və eks-vəkili Alina Habba türkiyəli iş adamı Turhan Mildon ilə ailə həyatı qurur. Canlixeber.com xəbər verir ki, sentyabrın 26-sı Nyu-Yorkda baş tutacağı gözlənilən toy mərasimində Trampın da iştirak edə biləcəyi bildirilir. 42 yaşlı Habba 2021-2024-cü illərdə Trampın vəkili olub. ABŞ liderinin ikinci prezidentlik dövründə həm də onun müşaviri kimi […]

1 min read

Lənkəranda 30 yaşlı kişinin meyiti tapıldı

Lənkəranda 30 yaşlı kişinin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Qumbaşı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Tacəddin Həbibovun meyiti yaşadığı evin həyətində aşkarlanıb. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

1 min read

Yevlaxda kanaldan kişi meyiti tapıldı

Yevlaxda kanaldan kişi meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə Aran qəsəbəsi ərazisində qeydə alınıb. 1973-cü il təvəllüdlü qəsəbə sakini Qasımov İxtiyar Vəli oğlunun meyiti qəsəbə ərazisindən keçən su kanalında aşkar edilib. İlkin məlumata görə, o, içkili vəziyyətdə olarkən kanala yıxılıb. Faktla bağlı araşdırma aparılır.

1 min read

Sumqayıtda baş verən qəzada bir nəfər ölüb

Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Canlixeber.com xəbər verir ki, hərəkətdə olan “Hyundai” markalı minik avtomobili yolu keçmək istəyən kişini vurub. Nəticədə o aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Qəzanın başvermə səbəbləri araşdırılır.

1 min read

Maştağa və Buzovna qəsəbələrində qaz olmayacaq

Bu gün Bakının Sabunçu və Xəzər rayonlarının bəzi qəsəbələrinin qaz təchizatında fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar işlər başa çatanadək Sabunçu rayonunun Maştağa qəsəbəsinin, Xəzər rayonunun Buzovna qəsəbəsinin bir hissəsinin, Binə Atçılıq yaşayış massivinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

1 min read

“Birbaşa Bakı” və “Zirə” Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizəyə başlayır

“Birbaşa Bakı” və “Zirə” komandaları İspaniyanın Kambrils şəhərində təşkil olunan minifutbol üzrə Çempionlar Liqasında bu gün 1/8 final mərhələsində mübarizəyə başlayacaqlar. Canlixeber.com xəbər verir ki, “Birbaşa Bakı” İngiltərənin “Bukovina Badeuti” komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14:45-də start götürəcək. “Zirə” isə Monteneqro təmsilçisi “Sbbet”lə görüşcək. Bu görüş isə saat 16:00-da başlayacaq. Qeyd […]

1 min read

Nadir Quliyev keçmiş vəzifəsinə qayıtdı

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionun rəhbərliyində dəyişiklik baş verib. Canlixeber.com xəbər verir ki, stadionun direktor vəzifəsinə Nadir Quliyev təyin olunub. Belə ki, Nadir Quliyev əvvəllər də stadionun direktor vəzifəsində çalışıb. Qeyd edək ki, o, 2024-cü ildə öz ərizəsi ilə işdən çıxmışdı. Hazırda stadionun direktoru vəzifəsində çalışan Şahin İmranov isə postu öz ərizəsi əsasında tərk […]

1 min read

Bakı-Sumqayıt qatarlarının sərnişinlərinə ŞAD XƏBƏR

Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə hərəkət edən qatarların qrafikində dəyişiklik edilib. Canlixeber.com xəbər verir ki, indiyədək Sumqayıtdan saat 06:48-də yola düşən qatar bu gündən etibarən 06:43-də hərəkətə başlayacaq. Bakı-Pirşağı-Sumqayıt istiqamətində saat 17:40-da əlavə qatar reysə buraxılıb. Həmçinin Sumqayıt-Pirşağı-Bakı istiqamətində saat 06:57 və 07:45-də əlavə qatar reysləri təyin olunub. Eyni istiqamətdə saat 07:10-da hərəkət edən ekspres qatarın yola […]