1 min read

Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA

Sentyabrın 25-i saat 09:00-a olan faktiki hava açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin Quba-Qusar bölgəsinin bəzi yerlərində arabir yağış yağır. Düşən yağıntının miqdarı Qusarda 7, Xaçmaz və Qubada 1 mm-dək qeydə alınır. Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti […]

1 min read

Paytaxtda işıq kəsiləcək ərazilər AÇIQLANDI

Bakının Yasamal və Zirə qəsəbələrinin bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 25-də paytaxtın bəzi ərazilərində elektrik şəbəkəsində təmir işləri aparılacaq. Yasamal Rayon Enerji Təchizatı […]

1 min read

Tanınmış aktyor xəstəxanadan EVƏ BURAXILDI

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov xəstəxanadan evə buraxılıb. Canlixeber.com xəbər verir ki, bu barədə o, öz sosial hesabında məlumat yayıb. “Əziz dostlar, bildiyiniz kimi, son günlər səhhətimlə bağlı narahatlığım oldu, xəstəxanaya yerləşdirildim. Mediаda kifayət qədər bu barədə məlumat yayıldığından təfərrüata ehtiyac görmürəm. Hazırda evdəyəm, özümü yaxşı hiss edirəm, müalicəmi ev şəraitində […]

2 mins read

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Canlixeber.com həmin müraciəti təqdim edir: “Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır. Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi […]

1 min read

Bu gün hava necə olacaq?

Sentyabrın 25-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 20-23° isti, gündüz 23-26° isti […]

2 mins read

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək. Canlixeber.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrində 2026‒2027-ci tədris ilindən başlayaraq dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə mərhələli şəkildə adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilsin. Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi nəzərdə tutulan dövlət ümumi təhsil müəssisələrində ümumi […]

1 min read

Keçmiş məhkumlar yenə tutuldular

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qanunsuz yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb. Canlixeber.com xəbər verir ki, tədbirlərlə əvvəllər də dəfələrlə məhkum olunmuş A.Abdullayev və E.Məmmədov saxlanılıblar. Onlardan 3 kiloqram 500 qram müxtəlif növ narkotik vasitə aşkarlanıb. Saxlanılan şəxslər narkotikləri satış məqsədilə əldə etdiklərini bildiriblər. Faktla bağlı […]

1 min read

Sevgilisini öldürüb meşəyə atdı: Təyyarə qəzası qurbanlarının ögey qardaşından DƏHŞƏTLİ ƏMƏL

Sentyabrın 23-də saat 15 radələrində Qusar rayonunun Əvəcuğ və Xürəl kəndlərinin arasındakı meşəlik ərazidə qadın meyiti aşkarlanıb. Canlixeber.com xəbər verir ki, aparılan araşdırmalar zamanı meyitin Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Səadət Ferma qızı Həsənovaya məxsus olduğu müəyyən edilib. Onun bədənində bıçaqla yetirilmiş kəsilmiş-deşilmiş xəsarətlər aşkarlanıb. İstintaqla müəyyən edilib ki, hadisə sentyabrın 21-də Bakı şəhərinin […]

2 mins read

XİN və müdafiə naziri Qazaxıstana başsağlığı verdi

Xəzər dənizində Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçirdiyi hərbi təlimlər zamanı insanların faciəvi şəkildə həlak olmasından dərin kədər hissi keçiririk. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkə hesabında məlumat verilib. “Həlak olan hərbçilərin ailələrinə və yaxınlarına, eləcə də qardaş Qazaxıstan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Allah dünyasını dəyişənlərə […]