DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb
1 min read

DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb

Avqustun 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 qumbara, 13 tüfəng, 2 patron darağı və 43 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir