Abşeron sakinlərinin nəzərinə: 600-dən çox mənzil təmir ediləcək
1 min read

Abşeron sakinlərinin nəzərinə: 600-dən çox mənzil təmir ediləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Abşeron rayonunun Şəfəq qəsəbəsindəki yaşayış kompleksində yerləşən mənzillərin cari təmiri ilə bağlı tender elan edib.

Canlixeber.com xəbər verir ki, satınalma yaşayış kompleksindəki 52 bina üzrə ümumilikdə 606 mənzilin cari təmirini əhatə edir.

Tenderin ehtimal olunan qiyməti 3 milyon 402 min 790 manatdır.

Məlumat üçün qeyd edək ki, müsabiqə 21 avqust 2026-cı il saat 18:06-da elan edilib. Təkliflərin qəbulu sentyabrın 14-ü saat 17:00-da başa çatacaq.