July 2026
Bu gün hava necə olacaq?
İyulun 13-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80%, gündüz 50-55% təşkil edəcək. […]
Azərbaycan gimnastları SCALABISCUP beynəlxalq turnirini 12 medalla başa vurublar
9–11 iyul tarixlərində Portuqaliyanın Santarem şəhərində batut gimnastikası və tamblinq üzrə ənənəvi SCALABISCUP beynəlxalq turniri keçirilib. Canlixeber.com xəbər verir ki, yarışda müxtəlif ölkələrdən olan idmançılar bacarıqlarını nümayiş etdiriblər. Turnirdə Azərbaycanı batut gimnastikası və tamblinq növləri üzrə müxtəlif yaş kateqoriyalarında ümumilikdə 13 gimnast təmsil edib. Batut gimnastikası üzrə 13–14 yaş kateqoriyasında Muhamməd Həsənli, 15–16 yaş kateqoriyasında […]
Azərbaycanda tanınmış musiqiçi VƏFAT ETDİ
Şəki şəhərinin tanınmış musiqiçisi Taleh Yusubov vəfat edib. Canlixeber.com xəbər verir ki, o 75 yaşında dünyasını dəyişib. Belə ki, o “Zirvə” vokal-instrumental ansamblının yaradıcılarından biri və solisti olub.
Naxçıvanda ali məktəblərə qəbul imtahanında 968 abituriyent iştirak edib
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin ikinci cəhdi, həmçinin III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahanın ikinci cəhdi keçirilib. Canlixeber.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında imtahanlar 4 binada təşkil […]
Naxçıvanda FHN-ə 6 ayda 32 mindən çox zəng daxil olub
2026-cı ilin yanvar–iyun ayları ərzində Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə 32 min 126 zəng daxil olub və müraciətlər aidiyyəti üzrə operativ şəkildə yönləndirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin 2026-cı ilin ilk yarımilliyi üzrə fəaliyyətinə dair məlumatda bildirilib. Qeyd olunub ki, hesabat dövründə daxil […]
Azərbaycan Prezidenti Qətər Əmirinə başsağlığı verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə başsağlığı məktubu ünvanlayıb. Canlixeber.com xəbər verir ki, məktubda deyilir: “Əlahəzrət, Atanız – görkəmli dövlət xadimi, Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq. Şeyx Həməd bin Xəlifə Al Tani Qətər Dövlətinin tarixində […]
Bu gün saat 15:00-da qəbul imtahanının düzgün cavabları təqdim olunacaq
Bu gün Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanı keçirib. Canlixeber.com xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, bu gün saat 15:00-da DİM-in “Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, […]
Ramin Nurəhmədov yeni vəzifəyə təyin olundu
Milli Depozit Mərkəzinin (MDM) İdarə Heyətinin üzvlüyündən ayrılan Ramin Nurəhmədov yeni vəzifəyə təyin edilib. , o, İqtisadiyyat Nazirliyinin tabeliyində olan İqtisadi Zonaların İnkişafı Agentliyinin Hüquq şöbəsinin müdir müavini vəzifəsinə gətirilib. Qeyd edək ki, R.Nurəhmədov bu ilin aprelində öz ərizəsi ilə Milli Depozit Mərkəzinin İdarə Heyətinin üzvlüyündən çıxıb.
Evdə köməksiz vəziyyətdə qalan şəxslər xilas edildi
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı və Gəncə şəhərlərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən 3 əməliyyat keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Həyata keçirilən tədbirlər nəticəsində 1 […]
Azərbaycanın qızlardan ibarət U-20 basketbol millisi sonuncu oyununa çıxacaq
Azərbaycanın qızlardan ibarət U-20 basketbol millisi FIBA Avropa çempionatının B divizionunda sonuncu oyununa çıxacaq. Canlixeber.com xəbər verir ki, komanda İsveçrə ilə qarşılaşacaq. Görüş Bolqarıstanın Samokov şəhərində, Bakı vaxtı ilə saat 16:15-də start götürəcək. Azərbaycan millisi İsveçrəni məğlub etsə, turniri 10-cu pillədə başa vuracaq.
