1 min read

Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın – DİN çağırış edir

Kiberdələduzlar saxta internet səhifələri və keçidlər, uduş və hədiyyə vədləri, eləcə də digər cəlbedici təkliflər vasitəsilə vətəndaşların bank kartlarına aid məxfi məlumatları ələ keçirməyə çalışırlar. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi xəbərdarlıq edib. Vətəndaşlara bir daha xatırladırıq ki, bank kartının məlumatları, o cümlədən CVV/CVC və əməliyyatların təsdiqi üçün göndərilən 3D Secure OTP […]

1 min read

Tarixi abidələrlə bağlı YENİ QƏRAR

Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Belə ki, Nardaran tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən elmi, tarixi və ya bədii əhəmiyyəti olan tarix və mədəniyyət abidələri Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada qabaqlayıcı, konservasiya, bərpa və xüsusi mühafizə dərəcələri tətbiq edilməklə dövlət tərəfindən qorunacaq. Həmçinin […]

1 min read

Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyulun 14-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik […]

1 min read

Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbulu başlayıb

2026-2027-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrində oxuyan tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, sənəd qəbulu elektron formada həyata keçiriləcək. “Yerdəyişmə prosesində ali və orta ixtisas təhsili müəssisələrinin normativ təhsil müddətində təhsil alan, təhsil aldığı […]

1 min read

Lətif Quliyev vəfat etdi

Azərbaycanda polkovnik vəfat edib. Canlixeber.com xəbər verir ki, Azərbaycan ordusunun ehtiyatda olan zabiti, polkovnik Quliyev Lətif Allahqulu oğlu dünyasını dəyişib. Lətif Quliyev 1948-ci il sentyabrın 10-da Zəngilan rayonunun Kolluqışlaq kəndində anadan olub. O, keçmiş Azərbaycan Sənaye İnstitutunu bitirib, daha sonra Timoşenko adına Kimya Mühafizəsi Ali Hərbi Məktəbində təhsil alaraq polkovnik hərbi rütbəsinə yüksəlib. 1973-1992-ci illərdə […]

1 min read

“Neftçi” Sloveniyadakı sonuncu yoxlama oyununa bu gün çıxacaq

Sloveniyada təlim-məşq toplanışında olan “Neftçi” sözügedən ölkədə bu gün sonuncu yoxlama oyununu keçirəcək. Canlixeber.com xəbər verir ki, Yuri Vernidubun baş məşqçisi olduğu kollektiv Xorvatiyanın “Osiyek” komandası ilə münasibətlərə aydınlıq gətirəcək. Matç Bakı vaxtı ilə saat 19:30-da Lendava stadionunda start götürəcək. Xatırladaq ki, “ağ-qaralar” daha əvvəl Serbiya təmsilçisi “Partizan”a 0:1, Rumıniyanın “ÇFR Kluj” komandasına 1:2 hesabı […]

1 min read

Bakı və Abşeronda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

İyulun 13-də Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 110/35/6 kV-luq “ETK-4” yarımstansiyasından çıxan 6 kV-luq “Masazır-1” və “Masazır-2” hava xətlərində yenidənqurma işləri həyata keçiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.Bununla əlaqədar saat 09:30-dan 15:00-dək Asəf Zeynallı küçəsi, DSK yolu və Baş Dövlət Yol Polisi İdarəsinin ətraf ərazilərində elektrik enerjisinin […]

1 min read

Bu gün hava meteohəssas insanlar üçün necə olacaq?

Tibbi-meteoroloji hava proqnozu açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyulun 13-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

1 min read

Bu gün çimərliklərdə hava necə olacaq?

Abşeron çimərliklərində iyulun 13-də müşahidə olunacaq hava şəraiti məlum olub. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah mülayim şimal-qərb küləyi əsəcək. Çimərliklərdə dəniz suyunun temperaturu aşağıdakı kimi olacaq: