June 2026
Şair Əşrəf Veysəlli VƏFAT ETDİ
Şair Əşrəf Veysəlli vəfat edib. Canlixeber.com xəbər verir ki, şair, 88 yaşında dünyasını dəyişib. Ə.Veysəlli Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.
Geologiya İnstitutuna direktor TƏYİN EDİLDİ
Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Elçin Vəliyev Geologiya İnstitutunda direktor müavini təyin olunub. Canlixeber.com xəbər verir ki, Elçin Vəliyev eyni əmrə əsasən institutun direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edəcək. Elçin Vəliyev Bakı Dövlət Universitetində coğrafiya ixtisası üzrə bakalavriat, landşaftşünaslıq ixtisası üzrə isə magistratura səviyyəsində təhsil alıb. Həmçinin Ukraynanın İvano-Frankovsk Milli Texniki […]
Bakıda avtomobil qiymətinə samovar satılır
Bakıda fantastik qiymətə samovar satışa çıxarılıb. Canlixeber.com xəbər verir ki, bu barədə elan saytlarında paylaşım edilib. 1870-ci ildə istehsal olunan samovarın üzərində istehsal möhürü və 23 ədəd orijinal medal damğaları var. Samovar misdən hazırlanıb və alıcılara 40 000 manata təklif olunur.
№1 Çörək zavodundan maffin məhsulu ilə bağlı AÇIQLAMA
“Xəzri TN” MMC – №1 Çörək zavodu son günlər müəssisənin istehsal etdiyi maffin məhsulu ilə bağlı yayılan iddialara dair açıqlama yayıb. Canlixeber.com xəbər verir ki, daxil olan müraciət əsasında dərhal daxili araşdırma aparılıb. İstehsal prosesi, istifadə olunan xammallar, qablaşdırma materialları, eləcə də saxlama və daşınma şəraiti hərtərəfli şəkildə yoxlanılıb. Qeyd edilib ki, məhsul yeni olduğu […]
İşdən qanunsuz çıxarılmış 53 nəfər əvvəlki işlərinə bərpa etdirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-may ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 378,3 min manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib. Canlixeber.com xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Bu vəsaitin 93 faizi əməkhaqqı, 7 faizi isə […]
Ötən il Azərbaycanda 20 ildən çox davam edən nikahlar arasında neçə boşanma olub?
Azərbaycanda 2025-ci ildə 20 və daha yuxarı evlilik müddəti olan şəxslər arasında 2 681 boşanma hadisəsi qeydə alınıb. Canlixeber.com xəbər verir ki, son üç il ərzində boşanmaların ən böyük payı ardıcıl olaraq 10-19 il davam edən nikahların payına düşüb. 2025-ci ildə ümumi boşanmaların sayı 20 675 təşkil edib. Onlardan 7 354-ü 10-19 il davam edən […]
Sevgilisini döyüb saçlarını kəsdi, sonra kafedə bıçaqlayıb öldürmək istədi
Qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Arif Nuriyevin (adı, soyadı şərtidir – red.) barəsindəki cinayət işinin bəzi detalları məlum olub. Canlixeber.com xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ayşən Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub. İstintaq materiallarında qeyd olunur ki, təqsirləndirilən şəxs 2025-ci ilin may ayında qeyri-rəsmi nikah münasibətlərində olduğu zərərçəkmiş Günay […]
KİV: Dubay şeyxinin sabiq həyat yoldaşı Zeynəb Cavadlı həbs edilib
Dubay hakiminin qardaşı oğlunun keçmiş xanımı Zeynəb Cavadlı üç azyaşlı qızının qəyyumluğu üzərində yaranan münaqişənin dərinləşməsi fonunda saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə BBC rəsmi mənbələrə istinadən məlumat yayıb. Dubay Dövlət Prokurorluğundan verilən məlumata əsasən, Zeynəb Cavadlının saxlanılmasına səbəb onun sabiq əri və üç uşağının atası Şeyx Səid bin Maktum bin Rəşid Al Maktumun […]
Bəzi yerlərdə şimşək çaxıb, dolu düşüb – FAKTİKİ HAVA
İyunun 5-i saat 11:00-a olan faktiki hava açıqlanıb. Canlixeber.com zəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyunun 5-i saat 11:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 4-ü gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb. Düşən yağıntının miqdarı Gədəbəydə 7, Şərurda 4, […]
“Karvan-Yevlax”da növbəti ayrılıq
“Karvan-Yevlax” klubu Qavi Thompsonla yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə bölgə klubunun mətbuat xidməti məlumat yayıb. Futbolçu ilə başa çatan müqavilə müddəti yenilənməyib. Qeyd edək ki, nigeriyalı 26 yaşlı futbolçu Misli Premyer Liqasının 2025/2026 mövsümündə meydana çıxdığı 33 oyunda 2 qolla yadda qalıb.
