June 2026
İyunun 15-də Super Təzə Ay hadisəsi olacaq
İyunun 15-də Super Təzə Ay (Super New Moon) müşahidə olunacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, bu hadisə Ayın həm Təzə Ay fazasında olması, həm də Yerə minimum məsafəyə – perigey nöqtəsinə çox yaxın yerləşməsi ilə xarakterizə olunur. Ay iyunun 15-i Bakı vaxtı ilə […]
Astarada anasını öldürən şəxs: “Ondan yemək istədim, kinayəli cavab verdi…”
Astarada anasını qətlə yetirməkdə təqsirləndirilən Murad Kazımzadənin cinayət işinin bəzi detalları məlum olub. Canlixeber.com xəbər verir ki, hakim Ənnağı Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub. İttiham aktına əsasən, hadisə 2025-ci il avqustun 22-də Astara rayonu ərazisində baş verib. Hadisə günü ailə üzvləri günorta yeməyinə hazırlaşarkən Muradla anası Məhəbbət Qasımovanın arasında mübahisə yaranıb. […]
Milli komandamız bu gün Malta ilə qarşılaşacaq
Avstriyada təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan milli komandası bu gün yoldaşlıq oyunu keçirəcək. Canlixeber.com xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Malta yığması ilə qarşılaşacaq. Macarıstanın Sombatxey şəhərindəki “Haladaş” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Matçı macarıstanlı baş hakim Mixali Kaprali idarə edəcək. Qeyd edək ki, Azərbaycan millisi təlim-məşq […]
Şirvanda 1500-dən çox abonentin qazı kəsiləcək
Şirvan şəhərinin bəzi ərazilərində qaz təchizatında müvəqqəti məhdudiyyət olacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsinin Şirvan Xidmət Sahəsi məlumat yayıb. Bildirilib ki, iyunun 5-də aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan etibarən işlər başa çatanadək şəhərin Hacıqəhrəmanlı qəsəbəsində, həmçinin Xanlar və Vidadi küçələrində qaz təchizatında müvəqqəti məhdudiyyət tətbiq edilib. Qeyd […]
Bakıda sürücülər arasında bir-birinə yol verməmək üstündə dava düşdü
Nizami Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən M.Səfərəliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Canlixeber.com xəbər verir ki, hakim İlham Kərimlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə M.Səfərəliyevə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. İttihama görə, hadisə 2026-cı il fevralın 18-də saat 17:30-da Bakının Nizami rayonu ərazisində baş verib. Belə ki, M.Səfərəliyev […]
Binəqədi rayonunun bir sıra ərazilərinin qaz təchizatında fasilə yaranacaq
Bu gün Binəqədi rayonunun bir sıra ərazilərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Məlumata görə, təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar 05.06.2026-ci il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Binəqədi və M. Ə. Rəsulzadə qəsəbələrinin, Mədən ərazisinin, Baksol yolunun, Binəqədi şosesinin qaz təchizatında qısamüddətli fasilə […]
Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi MƏHDUDLAŞACAQ
İyunun 5-də Azərbaycanın bəzi yollarında görünüş çətinləşəcək. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər saatlarında ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti ilə əlaqədar magistral yollarda görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
Bu gün hava necə olacaq?
İyunun 5-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-18° isti, gündüz 24-29° isti […]
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı əməliyyat keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları ilə birgə keçirilən tədbir zamanı Hirkan Milli Parkının çətin relyef şəraitinə malik meşə ərazisində salınmış narkotik plantasiyası aşkarlanıb. Tədbirlərlə həmin […]
Həbs edilən Mehriban Abasquliyeva hansı TANINMIŞ ŞƏXSİN BACISI İMİŞ?
Respublika Perinatal Mərkəzində 7 körpənin ölümünə səbəb olan yanğına görə həbs edilən Mehriban Abasquliyeva 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilməklə məhkəmə zalından həbs olunub. Canlixeber.com “Unikal”a istinadən xəbər verir ki, M.Abasquliyevanın qardaşı Çingiz Bəşirov 1990-2000-cı illərdə Sumqayıt İnzibati İqtisad, Bakı İnzibati İqtisad məhkəmələrinin keçmiş sədri və Ali Məhkəmənin keçmiş sədr müavini vəzifəsində çalışıb.
