June 2026
İtkin düşən yeddi nəfər tapıldı
Azərbaycanda itkin düşmüş kimi axtarışda olan yeddi nəfər tapılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Məlumata görə, iyunun 5-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Anton Krivotsyuk və Abdulla Xaybulayev Azərbaycan millisinin heyətindən çıxarılıblar
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Canloxeber.com xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən bildirilib. Anton Krivotsyuk və Abdulla Xaybulayev heyətdən çıxarılıblar. Qeyd edək ki, Azərbaycan millisi ötən gün toplanış çərçivəsində keçirdiyi yoldaşlıq matçında Maltaya 0:2 hesabı ilə məğlub olub.
Dələduzluq edən 13 nəfər saxlanıldı
Azərbaycanda dələduzluq etməkdə ittiham olunan 13 nəfər məsuliyyətə cəlb edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, polis əməkdaşlarının iyunun 5-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Bəzi vəkillərin fəaliyyətinə xitam verildi
İyunun 6-da Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib. Canlixeber.com xəbər verir ki, gündəliyə uyğun olaraq bəzi vəkillərin dövlət qulluğunda fəaliyyətinə xitam verilməsi ilə əlaqədar vəkillik fəaliyyətinin bərpa edilməsi, dövlət qulluğuna qəbul edildiyinə görə vəkillik fəaliyyətinin dayandırılması, digər vəkil qurumlarına keçməsi, öz arzusu ilə vəkillik fəaliyyətinə xitam verilməsi, eləcə də müəyyən müddətə üzvlük haqqından […]
Sarayda müəllim məktəblini döydü
Orta məktəbdə idman müəllimi şagirdi döyüb. Canlixeber.com xəbər verir ki, hadisə Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 1 nömrəli tam orta məktəbdə baş verib. 5-ci sinif şagirdi Cahid Məcidzadə Fəqan adlı idman müəlliminin fiziki zorakılığına məruz qalıb. İddiaya görə, baş vermiş hadisə bir müddət məktəbin direktoru Asəf Bayramov tərəfindən gizlədilib.
Ötən ay Bakıda temperatur 22 gün normadan yuxarı olub
Bu ilin may ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 22 gün normadan yuxarı, 9 gün isə normadan aşağı müşahidə edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudovun sözlərinə görə, orta aylıq temperatur 18°C isti təşkil edib ki, bu da iqlim […]
Borca görə axtarışda olan 111 nəfər saxlanıldı
İyunun 5-də ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 147, o cümlədən borclu şəxs qismində axtarışda olan 111 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 34, qanunsuz […]
Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında mübarizəyə başlayır
Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında bu gün mübarizəyə start verəcək. Canlixeber.com xəbər verir ki, Boris Qrebennikovun baş məşqçisi olduğu komanda İsveçdə Yunanıstan yığması ilə üz-üzə gələcək. Qarşılaşma Lund şəhərində, saat 18:00-da start götürəcək. Qeyd edək ki, komanda növbəti matçını sabah ev sahibi İsveçə qarşı keçirəcək.
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir
İyunun 6-da Bakıda “Classics & Supercars” festivalı başlayıb. Oxu.Az xəbər verir ki, iki gün davam edəcək festival Azərbaycan Avtomobil Federasiyası (AAF) və “Nazar Holdings”in birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkın ərazisində keçirilir. İki gün ərzində Bakı bulvarında klassik, superkar və idman avtomobilləri nümayiş olunacaq. Sərgidə Azərbaycan Avtomobil Federasiyasının kolleksiyası, həmçinin tədbirə qeydiyyatdan keçmiş avtomobil sahiblərinin nəqliyyat […]
Bakıda mağazada yanğın olub
Bakıda yanğın hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb. Səhər saatlarında qəsəbə ərazisindəki mağazalardan birində yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yanğınla bağlı nazirliyin “112” qaynar xəttinə məlumat daxil olub. Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Yanğının […]
