June 2026
Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək Elm və təhsil Dövlət İmtahan Mərkəzi tərəfindən 14 iyun 2026-cı il tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, imtahan respublikanın 3 şəhər və rayonunda – Bakı, Sumqayıt, və Abşeronda, ümumilikdə 63 binada təşkil olunacaq. […]
Bu gün hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi […]
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 11 kiloqram 500 qram narkotik vasitə marixuananın pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə DSX məlumat yayıb. Bildirilib ki, fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Zaqatalada iki nəfəri ilan sancıb, biri ölüb
Zaqatalada iki nəfəri ilan sancıb, biri ölüb. Canlixeber.com xəbər verir ki, hadisə Yuxarı Çardaxlar kəndində qeydə alınıb. Son üç gündə iki nəfəri ilan sancıb, biri ölüb, digərinin müalicəsi xəstəxanada davam etdirilir. Məlumata görə, kənd sakini 49 yaşlı Murad Məhəmməd oğlu Qurbanov iyunun 10-da ailəsinə məxsus əkin sahəsində təsərrüfat işləri ilə məşğul olarkən ilan onu sancıb. […]
Saxlanılan gömrükçülərin üçü buraxıldı: RƏİS MÜAVİNİ HƏBS EDİLDİ
İyunun 11-də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatla bağlı yeni detallar məlum olub. Canlixeber.com xəbər verir ki, əməliyyat zamanı saxlanılan 4 gömrük əməkdaşından 3-ü sonradan sərbəst buraxılıb. Məlumata əsasən, saxlanılan şəxslərdən biri – Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin növbə rəisi müavini İsmayıl Əliyev barəsində isə Binəqədi […]
Yeniyetmənin meyiti Quşçu kəndində tapıldı
Gürcüstanın Marneuli rayonunda azərbaycanlı yeniyetmənin meyiti aşkarlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı yazıb. Belə ki, Quşçu kənd sakini 13 yaşlı Emir Məmmədovun meyiti yaşadığı evdə tapılıb. Hadisə ilə bağlı Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
“Şəfa” Tərlan Quliyevlə müqavilənin müddətini uzadıb
“Şəfa” klubu futbolçusu Tərlan Quliyevlə müqavilənin müddətini uzadıb. Canlixeber.com xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi məlumat yayıb. 34 yaşlı oyunçu 1 illik sözləşməyə imza atıb. Xatırladaq ki, “Şəfa”nın kapitanı 2025-ci ildən komandada çıxış edir.
Azad olunmuş ərazilərdə Qan Bankının regional bölmələri yaradılacaq
Yaxın zamanlarda azad olunmuş ərazilərdə Qan Bankının regional bölmələrinin yaradılması planlaşdırılır. Canlixeber.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramiq Quliyev Ümumdünya Qan Donoru Gününə həsr olunan tədbirdə deyib. O hazırda ölkə üzrə Qan Bankının 8 regional bölməsinin olduğunu vurğulayıb: “Yaxın vaxtlarda azad edilmiş iki iqtisadi rayonda da regional bölmənin açılması planlaşdırılır”. […]
Polşada azərbaycanlı sürücüyə HÜCUM OLUB
Polşada azərbaycanlı sürücü zorakılığa məruz qalıb. Canlixeber.com xəbər verir ki, həmin ölkədə yaşayan soydaşlarımız məlumat verib. Məlumata əsasən, hadisə paytaxt Varşavada qeydə alınıb. Polşa vətəndaşı olan şəxs azərbaycanlı sürücünün avtomobilinə hücum edərək, xeyli zərər vurub. Bildirilib ki, həmin şəxs səbəb kimi dayanma-durma qaydalarının pozulmasını bəhanə edib: “Bu zaman azərbaycanlının avtomobilində olan qadın sərnişin cinayətkara etiraz […]
Yol polisindən sürücülərə növbəti müraciət
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonları və qeyri-iş günlərində respublikanın avtomobil yollarında nəqliyyat axınının əhəmiyyətli dərəcədə artdığını bildirib. Canlixeber.com xəbər verir ki, idarə bununla bağlı sürücülərə müraciət edib. “Hərəkət intensivliyinin yüksəlməsi fonunda yol hərəkəti qaydalarının pozulması yol-nəqliyyat hadisələrinin başvermə riskini də artırır. Bu səbəbdən yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə ölkə ərazisində nəzarət və […]
