1 min read

Yanvar-aprel aylarında 1 milyona yaxın şəxsə 752 milyon manat müavinət və təqaüd ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-aprel aylarında 997 min şəxsə 752 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib. Canlixeber.com xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, onlardan 501 min nəfərə dövlət büdcəsi hesabına müavinət olaraq 424 milyon manat, 407 min nəfərə Prezident […]

1 min read

Vensan Abubakara transfer təklifləri var – “Neftçi”dən ayrılır?

“Neftçi”nin futbolçusu Vensan Abubakarın yenidən Türkiyə yaşıl meydanlarına qayıtması ehtimalı yaranıb. Canlixeber.com xarici mediaya istinadən xəbər verir ki, paytaxt təmsilçisinin formasını geyinən kamerunlu hücumçunun növbəti dayanacağı Türkiyənin “Bursaspor” klubu ola bilər. İddialara əsasən, Bursa təmsilçisi 33 yaşlı təcrübəli hücumçunu diqqət mərkəzində saxlayır. Mövsüm bitdikdə “Neftçi” ilə müqavilə müddəti başa çatacaq Abubakarın Türkiyə komandasına azad agent […]

1 min read

Yoxlama aparıldı, pozuntular aşkarlandı: Vüsal Nəsirli rəisi işdən çıxardı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyindəki “Avtomobil Yollarının Mühafizə Xidməti” Publik Hüquqi Şəxsinin rəisi vəzifəsindən azad edilib. Canlixeber.com “Qaynarinfo”ya istinadla xəbər verir ki, AAYDA sədri Vüsal Nəsirlinin müvafiq əmri ilə Xidmətin rəisi Səftər İsmayılov işdən çıxarılıb. Məlumata görə, Avtomobil Yollarının Mühafizə Xidmətində aparılan yoxlama zamanı ciddi pozuntular aşkarlanıb. Sözügedən qurumun bir sıra vəzifəli şəxsi […]

1 min read

Bərdədə canavarlar fərdi təsərrüfata hücum edib, 50-yə heyvan tələf olub

Bərdə rayonunda canavarlar fərdi təsərrüfata hücum edib. Canlixeber.com Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun İmamqulubəyli kəndi ərazisində qeydə alınıb. Kənd sakini Murad Mustafayevə məxsus təsərrüfata canavarların hücumu nəticəsində təxminən 50-yə yaxın xırdabuynuzlu heyvan tələf olub. Baş verən hadisə kənd sakinləri arasında narahatlıq yaradıb. Sakinlər ərazidə vəhşi heyvanların sayının artdığını bildirirlər.Hadisə ilə bağlı aidiyyəti qurumların […]

1 min read

Sabunçuda yük maşını minik avtomobilinə çırpıldı: Sürücü xəsarət aldı

Sabunçu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com Patrul.az-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saat 09:10 radələrində Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsində, 2 saylı Doğum Evinin qarşısında qeydə alınıb. Belə ki, “Nissan” markalı, 77-SU-546 dövlət qeydiyyat nişanlı minik avtomobili hərəkətdə olarkən, arxadan gələn “Hyundai Porter” markalı, 99-MX-280 dövlət qeydiyyat nişanlı yük […]

1 min read

I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi dəfn olunacaq. Oxu.Az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Bildirilib ki, Rəşadət Əli oğlu Piriyevin qalıqları Bərdə rayonu, Yeni Daşkənd kənd qəbiristanlığında torpağa tapşırılacaq.

1 min read

29 minə yaxın uşağın anadan olmasına görə birdəfəlik müavinət verilib

Bu ilin yanvar-aprel aylarında mək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu (DSMF) 28 830 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq ödəniş edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Fond məlumat yayıb. Məlumata görə, müavinət ödənişləri 13 372 nəfər qız, 15 830 nəfər oğlan uşağına görə aparılıb..

1 min read

Yanvar-aprel aylarında 52 min şəxs işlə təmin edilib

Bu ilin yanvar-aprel aylarında 139,3 min şəxs aktiv məşğulluq tədbirləri ilə məşğul olub. Canlixeber.com xəbər verir ki, vu barədə Dövlət Məşğulluq Agentliyi məlumat yayıb. Qeyd edilib ki, onlardan 52 min şəxs münasib işlərlə təmin olunub, 254 şəxs kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib. 5,6 min nəfər şəxs üçün peşə hazırlığı kursları təşkil […]

1 min read

“Maşın” şou yenidən başlayır

Azərbaycanın efir məkanının ən məşhur və səs-küylü realiti şousu “Maşın” yenidən başlayır. Canlixeber.com xəbər verir ki, bu barədə “Xəzər” telekanalının baş prodüseri Toğrul Məmmədov paylaşım edib. O, tarixi açıqlamasa da, paylaşıma “loading” yazaraq, şounun tezliklə yayımlanacağına eyham vurub. Qeyd edək ki, layihənin rəhbəri və aparıcısı Xalq artisti və “Xəzər” TV-nin direktoru Murad Dadaşovdur. Layihə uzun […]

1 min read

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təşkil ediləcək

Sərnişin tələbatını təmin etmək məqsədilə 23 və 24 may tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilir. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Bildirilib ki, sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür. Qeyd edilib […]