1 min read

“Qarabağ” və “Zirə”nin futbolçuları Mozambik millisinə çağırıldılar

“Qarabağ” və “Zirə”nin futbolçuları Mozambik milli komandasına dəvət alıblar. Canlixeber.com xəbər verir ki, Ağdam təmsilçisinin müdafiəçisi Bruno Lanqa və “Zirə”nin yarımmüdafiəçisi Rikardo Gimaraeş Afrika Millətlər Kubokunun seçmə mərhələ oyunları üçün milli komandaya çağırılıblar. Hər iki futbolçu Mozambik yığmasının 41 nəfərlik geniş heyətində yer alıb. Mozambik seçmə mərhələdə Seneqal, Sudan və Efiopiya ilə eyni qrupda mübarizə […]

1 min read

“Zirə”dən ayrılan futbolçu Kipr klubuna keçdi

“Zirə”dən ayrılan Brahim Konatenin yeni ünvanı məlum olub. Canlixeber.com xəbər verir ki, yarımmüdafiəçi Kipr təmsilçisi “Nea Salamina”ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Konate azad agent kimi yeni komandasına qoşulub. Brahim 2025-ci ildə “Şamaxı”dan “Zirə”yə keçmişdi. “Qartallar” bu yay oyunçu ilə müqaviləyə xitam verib. “Nea Salamina” Kiprin əsas liqasında mübarizə aparır.

1 min read

UEFA Konfrans Liqası: “Zirə” Sumqayıtda, “Neftçi” Bolqarıstanda meydana çıxacaq

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində bu gün növbəti görüşlər keçiriləcək. Canlixeber.com xəbər verir ki, Azərbaycan klublarından “Zirə” və “Neftçi” də cavab matçına çıxacaq. “Zirə” Sumqayıtda Estoniya təmsilçisi “Payde”ni qəbul edəcək. Sumqayıt şəhər stadionunda, saat 20:00-da başlayacaq görüşün baş hakimi xorvatiyalı Patrik Kolariç olacaq. Tərəflər arasında Estoniyada keçirilən ilk matçda Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda […]

1 min read

UEFA Konfrans Liqası: “Zirə” növbəti oyununa çıxır

UEFA Konfrans Liqasındakı təmsilçimiz “Zirə” bu gün növbəti oyununa çıxır. Canlixeber.com xəbər verir ki, 2-ci təsnifat mərhələsində “Zirə” Estoniyanın “Payde” komandası ilə qarşılaşacaq. Payde şəhərindəki eyni adlı stadionda baş tutacaq oyuna Bakı vaxtı ilə 20:00-da start veriləcək. Qeyd edək ki, ilk təsnifat mərhələsində “Zirə” hər iki oyunda Gürcüstanın “Torpedo Kutaisi” klubundan üstün olub. Hər iki […]

1 min read

“Zirə” “Göztəpə”nin sabiq futbolçusu Lue Bayere Junioru heyətinə qatıb

“Zirə” yeni futbolçu ilə anlaşıb. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. “Qartallar” Lue Bayere Junioru heyətinə qatıb. Fildişi Sahilindən olan hücumçu ilə 2 illik müqavilə bağlanıb. Xatırladaq ki, 25 yaşlı futbolçu daha əvvəl İsveçin “Hammarbü”, “Frey”, Serbiyanın “Jelezniçar”, “Yvor” və Türkiyənin “Göztəpə” klublarında çıxış edib.

1 min read

“Zirə” yamaykalı futbolçu Dameyn Smitin keçidini açıqlayıb

“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv Dameyn Smiti heyətinə qatıb. Yamaykadan olan vingerlə 5 illik müqavilə bağlanıb. Qeyd edək ki, 20 yaşlı futbolçu daha əvvəl ölkəsinin “Rasinq Yunayted” və Birləşmiş Ərəb Əmirliklərinin “Nova Star” klublarında çıxış edib.

1 min read

UEFA Konfrans Liqası: “Zirə” Gürcüstanda cavab matçına çıxır

UEFA Konfrans Liqasındakı təmsilçimiz “Zirə” bu gün növbəti oyununa çıxır. Canlixeber.com xəbər verir ki, mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayan “Zirə” Gürcüstanda “Torpedo Kutaisi” komandasına qarşı cavab oyununa çıxacaq. Kutaisidəki Ramaz Şengeliya stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qeyd edək ki, tərəflər arasında keçirilən ilk qarşılaşma təmsilçimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

1 min read

Səbail Zirədən ayrılan futbolçunu transfer edib

“Zirə”dən ayrılan futbolçu Fuad Bayramov karyerasını I Liqada davam etdirəcək. Canlixeber.com xəbər verir ki, “Səbail” 28 yaşlı müdafiəçini heyətinə qatdığını açıqlayıb. Oyunçunun müqaviləsinin müddəti hələlik açıqlanmayıb. Xatırladaq ki, Fuad Bayramov karyerası ərzində “Şamaxı” və “Turan Tovuz” klublarının da formasını geyinib.

1 min read

UEFA Konfrans Liqası: “Zirə”nin Gürcüstana səfər proqramı bəlli olub

UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyununda “Torpedo”nun qonağı olacaq “Zirə”nin səfər proqramı bəlli olub. Canlixeber.com xəbər verir ki, bu barədə olaraq klubdan bildirilib. “Qartallar” iyulun 14-də çarter reysi ilə Kutaisiyə yollanacaq. Komanda matçdan sonra Bakıya qayıdacaq. İyulun 15-də baş məşqçi Rəşad Sadıqovun mətbuat konfransı və komandanın açıq məşqi baş tutacaq. “Zirə”ni səfər qarşılaşmasında […]