Zirə FK
“Zirə” UEFA reytinqində Azərbaycanın əmsalını daha da artırıb
“Zirə” UEFA reytinqində Azərbaycanın əmsalını daha da artırıb. Canlixeber.com xəbər verir ki, bu, komandanın UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyununda Gürcüstan təmsilçisi “Torpedo”nu məğlub etməsi (3:0) sayəsində mümkün olub. Bu qalibiyyət ölkəyə 0,250 əmsal qazandırıb. Daha əvvəl UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində TNS (Uels) klubunu Bakıda 2:0 hesabı ilə məğlub edən “Sabah” […]
“Torpedo” “Zirə” ilə oyundan əvvəl Mateo Stamatovu transfer edib
“Zirə”nin UEFA Konfrans Liqasının I təsnifat mərhələsində rəqibi olan Gürcüstanın “Torpedo” klubu heyətinə yeni futbolçu qatıb. Canlixeber.com xəbər verir ki, bu barədə Kutaisi təmsilçisi məlumat yayıb. 27 yaşlı bolqarıstanlı cinah oyunçusu Mateo Stamatov transfer edilib. Onunla “2+1” illik müqavilə imzalanıb. Xatırladaq ki, “Zirə” – “Torpedo” oyunu iyulun 8-də, saat 20:00-da Mehdi Hüsenyzadə adına Sumqayıt şəhər […]
“Zirə” Kris Diqbeunu heyətinə qatıb
“Zirə” yeni futbolçuyla anlaşıb. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. “Qartallar” bir müddətdir ki, baxışda olan Kris Diqbeunu heyətinə qatıb. Fildişi Sahilindən olan yarımmüdafiəçiylə 4 illik müqavilə bağlanılıb.
“Zirə” bu gün Türkiyə klubu ilə qarşılaşacaq
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirən “Zirə” bu gün növbəti yoxlama oyununa çıxacaq. Canlixeber.com xəbər verir ki, Rəşad Sadıqovun komandası Türkiyə I Liqa təmsilçisi “Iğdır”la üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Qeyd edək ki, “qartallar” buna qədər Özbəkistanın “Navbahor” klubu ilə keçirdiyi yoxlama oyununda 3:4 hesabı ilə məğlub olub. “Zirə” […]
“Zirə”nin rəqibi finala yüksəldi
“Zirə”nin Konfrans Liqasındakı rəqibi “Torpedo” Gürcüstan Superkubokunda yarımfinal oyununa çıxıb. Canlixeber.com xəbər verir ki, Kutaisi təmsilçisi “Dila Qori” ilə qarşılaşıb. Matç “Torpedo”nun minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.Oyuna yeganə qolu 73-cü dəqiqədə Vladimer Mamuşaşvili vurub. “Torpedo” iyulun 1-də keçiriləcək finalda “İberiya 1999” ilə qarşılaşacaq. Qeyd edək ki, “Zirə”nin Gürcüstan klubuna qarşı ilk oyunu […]
“Zirə” Özbəkistan klubu ilə qarşılaşacaq
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” bu gün növbəti yoxlama oyununa çıxacaq. Canlixeber.com xəbər verir ki, Rəşad Sadıqovun komandası Özbəkistan təmsilçisi “Navbahor”la üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Qeyd edək ki, “qartallar” ilk yoxlama oyununda “Azersun Arena”da “Qarabağ”a 3:4 hesabı ilə məğlub olub. “Zirə” iyulun 2-dək Türkiyədə təlim-məşq toplanışını davam etdirəcək.
“Zirə”də yeni təyinat
Eltun Yaqublu “Zirə”nin yeni yaradılan Skautinq Departamentinin rəhbəri və seleksiyaçı məşqçisi vəzifəsinə təyin edilib. Canlixeber.com xəbər verir ki, mütəxəssislə 2 illik müqavilə bağlanıb. Qeyd edək ki, Yaqublu 2020-2025-ci illərdə “Zirə”də məşqçi kimi fəaliyyət göstərib.
“Zirə” 5 futbolçu ilə müqaviləni uzatdı
“Zirə” beş futbolçu ilə müqavilə müddətini uzadıb. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Eren Aydınla 3, Davit Volkov, Aydın Bayramov, Elçin Əlicanovla 2 illik yeni müqavilə imzalanıb. Həmçinin cari mövsümün əvvəlində 1+1 illik müqavilə imzalanan Enrike Kustodionun isə sözləşməsindəki 1 illik yeni müqavilə bəndi qüvvəyə minib.
“Zirə” qapıçısı Tiaqo Silva ilə yollarını ayırıb
“Zirə” qapıçısı Tiaqu Silva ilə yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Qeyd edək ki, 26 yaşlı braziliyalı qolkiper 2023-cü ildən “Zirə”də çıxış edib.
“Zirə” 5 futbolçu ilə yollarını ayırıb
“Zirə” 5 futbolçu ilə yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə klubdan məlumat verilib. Ceyhun Nuriyev, Stefan Aka, Eldar Quliyev, Leroy Mikelslə müqavilənin müddəti başa çatıb. Həmçinin Xorvatiyanın “Varajdin” klubundan heyətə cəlb olunan Rüfət Abdullazadə ilə icarə müqaviləsinin müddəti bitib.
