1 min read

Gəncədə vətəndaş çaya yıxılıb

Gəncə şəhəri ərazisində vətəndaş Gəncə çayına yıxılaraq köməksiz vəziyyətdə qalıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1988-ci il təvəllüdlü Şirinov Qoşqar Arif oğlu ehtiyatsızlıqdan çay dərəsinə yıxılıb bədən xəsarəti […]

1 min read

Gəncədə sərnişin “BakuBus”dan yıxılaraq xəsarət alıb

Gəncədə H.Əliyev prospektində “BakuBus”a məxsus 14 nömrəli ictimai nəqliyyat vasitəsi hərəkətdə olarkən sərnişin- 1989-cu il təvəllüdlü Xəyalə Verdiyeva yıxılaraq xəsarət alıb. Canlixeber.com əbər verir ki, yaralı Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, müalicəsi davam edir. Məlumat üçün bildirək ki, Gəncədə sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin əksəriyyəti “BakuBus”a məxsusdur. Faktla bağlı […]

1 min read

Bakıda iki yaşlı körpə binadan yıxıldı

Bakıda iki yaşlı körpə binadan yıxılıb. Canlixeber.com xəbər verir ki, hadisə iyulun 10-da axşam saatlarında paytaxtın Nərimanov rayonu ərazisindəki yaşayış binasında baş verib. Həmin binada yaşayan 2024-cü il təvəllüdlü uşaq 3-cü mərtəbədəki mənzilin eyvanından yıxılıb. Körpə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.

1 min read

Bakıda 8 yaşlı qız 5-ci mərtəbədən yıxıldı, vəziyyəti ağırdır

Bakıda azyaşlı binadan yıxılıb. Canlixeber.com xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, 2018-ci il təvəllüdlü M.Mərdiyeva yaşadığı binanın 5-ci mərtəbəsində yerləşən mənzilin eyvanından yıxılıb. Nəticədə azyaşlı ağır xəsarətlər alıb. O, təcili olaraq Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, uşağın vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

1 min read

Bakıda 3 yaşlı uşaq 8-ci mərtəbədən yıxılıb

Bakıda azyaşlının ağır xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib. Canlixeber.com xəbər verir ki, iyunun 7-si saat 01 radələrində 2023-cü il təvəllüdlü Məhəmməd Əsgərli yaşadığı Xocalı prospektində yerləşən 16 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılıb. O, binanın 2-ci mərtəbəsində olan dam örtüyünün üzərinə düşüb. Azyaşlı dərhal xəstəxanaya çatdırılıb, vəziyyəti ağır qiymətləndirilir. Faktla […]