Yolda sürüşmə
Altıağac–Xızı yolunda sürüşmənin fəsadları aradan qaldırılır
Azərbaycan Prezidentinin sərəncamına əsasən intensiv yağıntılar nəticəsində sürüşmənin baş verdiyi Altıağac-Xızı avtomobil yolunda bərpa və möhkəmləndirmə işlərinə başlanılıb. Hazırda ərazidə yaranmış fəsadların aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilir. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, yolun təhlükəsiz və dayanıqlı vəziyyətə gətirilməsi məqsədilə əraziyə kifayət qədər canlı […]
