Altıağac–Xızı yolunda sürüşmənin fəsadları aradan qaldırılır
1 min read

Altıağac–Xızı yolunda sürüşmənin fəsadları aradan qaldırılır

Azərbaycan Prezidentinin sərəncamına əsasən intensiv yağıntılar nəticəsində sürüşmənin baş verdiyi Altıağac-Xızı avtomobil yolunda bərpa və möhkəmləndirmə işlərinə başlanılıb. Hazırda ərazidə yaranmış fəsadların aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilir.

Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, yolun təhlükəsiz və dayanıqlı vəziyyətə gətirilməsi məqsədilə əraziyə kifayət qədər canlı qüvvə, xüsusi texnika və mexanizmlər cəlb olunub. Sürüşmə nəticəsində deformasiyaya uğramış hissələrin bərpası, torpaq kütlələrinin təmizlənməsi, həmçinin yol yatağının möhkəmləndirilməsi istiqamətində işlər aparılır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *