Şəmkir
Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb
Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb. Canlixeber.com xəbər verir ki, Qədimqala kənd sakini, 1961-ci il təvəllüdlü Rasət Vaqif oğlu Quliyev həmkəndlisi 1967-ci il təvəllüdlü Nazim Əli oğlu Hüseynovun yaşadığı evdə təmir işləri görərkən pilləkəndən yıxılaraq baş nahiyəsindən xəsarət alıb. Xəstəxanaya yerləşdirilmiş R.Quliyev orada ölüb. Faktla bağlı araşdırma aparılır.
Şəmkirdə 50 yaşlı kişi faciəli şəkildə öldü
Şəmkir şəhərində 50 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Canlixeber.com xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. Rayon sakini 1976-cı il təvəllüdlü Səbuhi Rüstəmov dünən saat 12 radələrində yaşadığı evin həyətində 4 metr hündürlüyündə olan su çənini təmizləyərkən ehtiyatsızlıqdan yıxılıb. S.Rüstəmov aldığı xəsarətdən hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
Şəmkirdə gənc oğlan qardaşı tərəfindən bıçaqlandı
Şəmkirdə bıçaqlanma hadisəsi qeydə alınıb. Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisində baş verib. 2008-ci il təvəllüdlü Niyaməddin Quliyev bıçaq xəsarəti alıb. İlkin ehtimala görə, hadisəni onun qardaşı, eyni yaşlı Xaləddin Quliyev törədib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.
Şəmkirdə avtomobil qadını vuraraq öldürüb
Şəmkirdə avtomobil qadını vuraraq öldürüb. Canlixeber.com xəbər verir ki, Vəliyev Vidadi Rəhim oğlu “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən piyada Qasımova Almaz Ədil qızını vurub. Qadın xəstəxanaya yerləşdirilsə də, orada ölüb. Faktla bağlı cinayət işi başlanılıb.
Şəmkirdə avtomobil qadını vuraraq öldürüb
Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Şəmkir şəhərinin mərkəzində qeydə alınıb. Hərəkətdə olan VAZ-2107 markalı avtomobil yolu keçən orta yaşlı qadını vurub. Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ölən şəxsin kimliyi dəqiqləşdirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, 2013-cü il avqustun 5-də saat 20 radələrində Şəmkir şəhər sakini, 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı mənzildə xüsusi amansızlıqla qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə başlanmış cinayət […]
Şəmkirdə 2013-cü ildə törədilmiş qətl hadisəsi ilə bağlı şübhəli şəxs saxlanılıb
Şəmkir rayonunda 2013-cü ildə törədilmiş qətl hadisəsi ilə bağlı şübhəli bilinən şəxs saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıb. Bildirilib ki, həmin il avqustun 5-də 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılıb. […]
Ailə üzvləri ilə mübahisə etdi, yaşadığı evi yandırdı
Şəmkir sakini yaşadığı evi yandırıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Xuluf kəndində qeydə alınıb. İlkin məlumata görə, 1998-ci il təvəllüdlü Rauf Vəliyev ailə üzvləri ilə mübahisə edib. Daha sonra isə yaşadığı evi yandırıb. Adıçəkilən şəxs hadisə yerindən qaçıb. Əraziyə Şəmkir Rayon Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri və canlı qüvvəsi cəlb olunub. Edilən müdaxilə nəticəsində yanğın […]
Şəmkirdə ev yanıb
Şəmkirdə yanğın hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Tatarlı kəndində qeydə alınıb. Kənd sakini 1960-cı il təvəllüdlü M.İsmayılova məxsus 200 kv metr sahəsi olan 6 otaqlı evdə anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-nın Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin və Tovuz rayon dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən […]
Dərmandan zəhərlənən qadın öldü
Şəmkirdə dərmandan zəhərlənən qadın xəstəxanada ölüb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Qasımalılar kəndində qeydə alınıb. Kənd sakini 40 yaşlı Gülnarə Ələsgərova dərman zəhərlənməsi diaqnozu ilə Şəmkir xəstəxanasına daxil olub. Xəstəxanada həkimlərin tibbi yardımlarına baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.
