1 min read

“Şəfa” futbol klubu loqosunu dəyişdi

“Şəfa” futbol klubu yeni loqosunu təqdim edib. Canlixeber.com xəbər verir ki, bu barədə futbol klubundan məlumat verilib. “Bir klub, bir şəhər, bir tarix və bir ailə” devizi ilə yaradılan loqo klubun keçmişini, indisini və gələcəyini birləşdirən güclü rəmzlərdən ibarətdir: “Loqonun əsas elementlərindən olan “qala” Bakının tarixi rəmzi İçərişəhəri əks etdirir. “Ulduz” 2000/2001 mövsümündə qazanılan Azərbaycan […]

1 min read

“Şəfa” Arsen Ağcabəyovu transfer etdi

“Şəfa” daha bir transferini reallaşdırıb. Canlixeber.com xəbər verir ki, Bakı klubu müdafiəçi Arsen Ağcabəyovu heyətinə qatıb. 25 yaşlı futbolçu ilə 1 ilik müqavilə imzalanıb. O, son olaraq “Şamaxı”da çıxış edib. “Sabah”ın da üzvü olmuş azərbaycanlı futbolçu müxtəlif vaxtlarda icarə əsasında “Səbail” və “Sumqayıt”ın formasını geyinib. Arsen Ağcabəyova “Şəfa”da uğurlar arzulayırıq!

1 min read

Ramil Şeydayevin yeni klubu bəlli oldu

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev karyerasını yeni klubda davam etdirəcək. Canlixeber.com Oxu.Az-a istinadla xəbər verir ki, bu mövsümün sonunda “Qarabağ” ilə olan müqaviləsi başa çatan futbolçu Azərbaycan Premyer Liqasına yeni yüksəlmiş “Şəfa” klubuna keçəcək. Tərəflər arasında danışıqlar müsbət yöndə davam edir və transferin yaxın günlərdə açıqlanacağı gözlənilir. Qeyd edək ki, Ramil Şeydayev son mövsüm “Qarabağ”ın […]

1 min read

Çempionla yollar ayrılır – Premyer Liqa klubu hərəkətə keçdi

Azərbaycan Premyer Liqasına vəsiqə qazanan “Şəfa” heyətin əsas üzvlərindən biri ilə yolları ayıracaq. Söhbət komandanın yarımmüdafiəçisi Emin Zamanovdan gedir. Canlixeber.com İdmanxeber.az-a istinadla xəbər verir ki, E.Zamanov paytaxt təmsilçisindən ayrılsa da, növbəti mövsüm Premyer Liqada oynaya bilər. Belə ki, onun xidmətində “Şamaxı” klubu maraqlıdır. Tərəflər arasında danışıqların davam etdiyi bildirilir. Xatırladaq ki, 28 yaşlı yarımmüdafiəçi ötən […]

1 min read

“Şəfa” Nicat Mehbalıyevlə müqavilə imzalayıb

“Şəfa” növbəti transferini reallaşdırıb. Canlixeber.com kluba istinadən xəbər verir ki, qapıçı Nicat Mehbalıyevlə 1 illik müqavilə imzalanıb. N.Mehbalıyev son olaraq “Sabah”ın formasını geyinib və ötən mövsüm Misli Premyer Liqasının və Azərbaycan Kubokunun qalibi olub. 25 yaşlı qolkiper karyerası ərzində “Qarabağ”ın da üzvü olub. O, müxtəlif vaxtlarda icarə əsasında “Sumqayıt” və “Qəbələ” klublarında çıxış edib.

1 min read

“Qarabağ”ın yetirməsi “Şəfa”da

“Şəfa” 2026/2027 mövsümünün yay transfer pəncərəsində ilk keçidini reallaşdırıb. Canlixeber.com xəbər verir ki, Bakı təmsilçisi Rauf Hüseynlini heyətinə qatıb. 26 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Sağ cinah müdafiəçisi mövqeyində çıxış edən futbolçu son olaraq “Kəpəz”in formasını geyinib. Hüseynli ötən mövsüm 28 oyunda meydana çıxıb, 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. […]

1 min read

“Şəfa” baş məşqçisi ilə yollarını ayırdı

“Şəfa” FK komandanın baş məşqçisi Elgiz Kərəmli ilə yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Qeyd edilib ki, 34 yaşlı mütəxəssis “Şəfa”nın Premyer Liqaya qayıtmasında pay sahibi olub. Onun rəhbərliyi ilə komanda əvvəlcə 2024/25 mövsümündə İkinci Liqanın gümüş mükafatçısı, 2025/26 mövsümündə isə Birinci Liqanın çempionu olub.

1 min read

Əfran İsmayılova “Şəfa”da vəzifə verildi

“Şəfa” klubunda yeni təyinat reallaşıb. Canlixeber.com klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan milli komandasının sabiq üzvü Əfran İsmayılov klubun vitse-prezidenti vəzifəsinə təyin edilib. Ə.İsmayılov daha əvvəl “Araz-Naxçıvan”da köməkçi məşqçi kimi fəaliyyət göstərib.

1 min read

“Şəfa”nın milli üzvü ilə transfer danışıqları pozuldu – Azərbaycanda oynamaq istəmir

Misli Premyer Liqasına vəsiqə qazanan “Şəfa” komandası transfer çalışmalarını davam etdirir. Canlixeber.com İdmanxeber.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi millimizin üzvü ilə güclənmək niyyətindədir. Söhbət “Şamaxı”nın futbolçusu Rüfət Abbasovdan gedir. Tərəflər arasında ilkin danışıqlar baş tutsa da, razılıq əldə olunmayıb. Buna səbəb millimizin üzvünün karyerasını ölkə xaricində davam etdirmək istəməsidir. O, Azərbaycanda oynamağı düşünmür. Oyunçunun […]