“Şəfa” Arsen Ağcabəyovu transfer etdi
“Şəfa” daha bir transferini reallaşdırıb.
Canlixeber.com xəbər verir ki, Bakı klubu müdafiəçi Arsen Ağcabəyovu heyətinə qatıb. 25 yaşlı futbolçu ilə 1 ilik müqavilə imzalanıb.
O, son olaraq “Şamaxı”da çıxış edib. “Sabah”ın da üzvü olmuş azərbaycanlı futbolçu müxtəlif vaxtlarda icarə əsasında “Səbail” və “Sumqayıt”ın formasını geyinib.
Arsen Ağcabəyova “Şəfa”da uğurlar arzulayırıq!
