Şəfa FK
“Şəfa” Nicat Mehbalıyevlə müqavilə imzalayıb
“Şəfa” növbəti transferini reallaşdırıb. Canlixeber.com kluba istinadən xəbər verir ki, qapıçı Nicat Mehbalıyevlə 1 illik müqavilə imzalanıb. N.Mehbalıyev son olaraq “Sabah”ın formasını geyinib və ötən mövsüm Misli Premyer Liqasının və Azərbaycan Kubokunun qalibi olub. 25 yaşlı qolkiper karyerası ərzində “Qarabağ”ın da üzvü olub. O, müxtəlif vaxtlarda icarə əsasında “Sumqayıt” və “Qəbələ” klublarında çıxış edib.
“Qarabağ”ın yetirməsi “Şəfa”da
“Şəfa” 2026/2027 mövsümünün yay transfer pəncərəsində ilk keçidini reallaşdırıb. Canlixeber.com xəbər verir ki, Bakı təmsilçisi Rauf Hüseynlini heyətinə qatıb. 26 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Sağ cinah müdafiəçisi mövqeyində çıxış edən futbolçu son olaraq “Kəpəz”in formasını geyinib. Hüseynli ötən mövsüm 28 oyunda meydana çıxıb, 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. […]
“Şəfa” baş məşqçisi ilə yollarını ayırdı
“Şəfa” FK komandanın baş məşqçisi Elgiz Kərəmli ilə yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Qeyd edilib ki, 34 yaşlı mütəxəssis “Şəfa”nın Premyer Liqaya qayıtmasında pay sahibi olub. Onun rəhbərliyi ilə komanda əvvəlcə 2024/25 mövsümündə İkinci Liqanın gümüş mükafatçısı, 2025/26 mövsümündə isə Birinci Liqanın çempionu olub.
Əfran İsmayılova “Şəfa”da vəzifə verildi
“Şəfa” klubunda yeni təyinat reallaşıb. Canlixeber.com klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan milli komandasının sabiq üzvü Əfran İsmayılov klubun vitse-prezidenti vəzifəsinə təyin edilib. Ə.İsmayılov daha əvvəl “Araz-Naxçıvan”da köməkçi məşqçi kimi fəaliyyət göstərib.
“Şəfa”nın milli üzvü ilə transfer danışıqları pozuldu – Azərbaycanda oynamaq istəmir
Misli Premyer Liqasına vəsiqə qazanan “Şəfa” komandası transfer çalışmalarını davam etdirir. Canlixeber.com İdmanxeber.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi millimizin üzvü ilə güclənmək niyyətindədir. Söhbət “Şamaxı”nın futbolçusu Rüfət Abbasovdan gedir. Tərəflər arasında ilkin danışıqlar baş tutsa da, razılıq əldə olunmayıb. Buna səbəb millimizin üzvünün karyerasını ölkə xaricində davam etdirmək istəməsidir. O, Azərbaycanda oynamağı düşünmür. Oyunçunun […]
