Rusiya
İrandan Rusiyaya 52 kiloqrama yaxın narkotikin keçirilməsinin qarşısı alınıb
Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinin qarşısı alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə Komitə məlumat yayıb. Bildirilib ki, Astara gömrük postunda İrandan Rusiyaya “şaftalı” yükü aparan yük nəqliyyat vasitəsi idxal yoxlama xəttində saxlanılaraq […]
Rusiyada tanınmış məşqçini ayı parçaladı
Rusiyanın Tuva Respublikasında ayının hücumuna məruz qalan turist ölüb. Canlixeber.com xəbər verir ki, bu barədə “İnterfaks”a respublikanın Dövlət Ov Nəzarəti İdarəsinin rəhbəri Artış Salçak məlumat verib. “Sentyabrın 22-də moskvalı turistlərdən ibarət qrup Böyük Yenisey çayı ilə qayıqla dərin tayqaya doğru hərəkət edib. Onlar sahil boyu düşərgə qurublar. Günorta saatlarında qrupa ayı hücum edərək 60 yaşlarında […]
Rusiyada daha 2 nəfəri ayı parçalayıb
Rusiyanın Tomsk vilayətinin Kolpaşevo rayonunda ayı 2 nəfəri parçalayıb. Canlixeber.com xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb. Ölənlərin 44 və 46 yaşları olub. Onlardan 44 yaşlı kişi yerli fermada işləyib. Cümə günü, sentyabrın 18-də o, itkin düşən inəyi tapmaq üçün Sever kəndi yaxınlığındakı meşəyə gedib və geri qayıtmayıb.Ertəsi gün onun […]
Rusiyada ayı 66 yaşlı qadını yaşadığı evin həyətində parçalayıb
Rusiyanın Krasnoyarsk diyarında ayının hücumu nəticəsində 66 yaşlı qadın ölüb. Canlixeber.com xəbər verir ki, hadisə Yermakovsk bələdiyyə dairəsinin Verxni Kebej kəndində baş verib. Məlumata görə, ayı qadına onun yaşadığı evin həyətində hücum edib. Aldığı xəsarətlər nəticəsində qadın həyatını itirib. Hadisənin bütün təfərrüatları araşdırılır. Bildirilir ki, bu, son bir ay ərzində Sibirdə ayı hücumu nəticəsində qeydə […]
Buryatiyada itkin düşən turisti ayı parçalayıb
Rusiyanın Buryatiya Respublikasında itkin düşən 61 yaşlı kişinin cəsədi bir neçə günlük axtarışdan sonra Barquzinski rayonunda tapılıb. Canlixeber.com xəbər verir ki, bu barədə “SHOT” “Telegram” kanalı məlumat verib. Axtarışlar zamanı xilasedicilər təxminən 400 km sahil xəttini və 50 km-dən çox meşə massivini axtarıblar, lakin turisti ayı parçalayıbmış. Kişini qohumları tapıblar və onun cəsədi polisə təhvil […]
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçiriləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. Canlixeber.com xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət, çəkisi 138 ton olan taxta eyni tarixdə Böyük Kəsik istiqamətinə göndəriləcək. Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 60 min tona […]
Rusiyada meşəyə göbələk yığmağa gedən iki qadını ayı parçaladı
Rusiyanın Krasnoyarsk bölgəsinin Yenisey dairəsində meşəlik ərazidə iki qadının meyiti aşkar edilib. Meyitlər xilasedicilər tərəfindən tapılıb. Canlixeber.com xəbər verir ki, bu barədə yerli qurumlar rəsmi məlumat yayıblar. Bundan əvvəl Yenisey axtarış-xilasetmə şöbəsinin əməkdaşları iki təqaüdçü qadının tapılması istiqamətində əməliyyat həyata keçirirdilər. Avqustun 31-də göbələk yığmaq məqsədilə evdən çıxan qadınlar itkin düşmüşdülər. Axtarış tədbirlərinə polis əməkdaşları […]
İlham Əliyev Bişkekdə Vladimir Putinlə ayaqüstü söhbət edib
Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatı sammiti (ŞƏT) çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə ayaqüstü söhbət edib. Canlixeber.com bu barədə “Report”a istinadla xəbər verir. Dövlət başçıları cari vəziyyəti müzakirə ediblər.
Rusiyadan gətirilən sosislərdə salmonella iddiası: AQTA nəticəni açıqladı
Rusiyanın Tver vilayətindəki uşaq düşərgəsinə gətirilən “Papa mojet” sosislərində salmonella aşkar edildiyi iddia olunub. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sözügedən məhsulu nəzarətə götürüb. Canlixeber.com xəbər verir ki, AQTA-dan bildirilib ki, cari ilin ötən dövrü ərzində həyata keçirilən nəzarət tədbirləri zamanı “Ostankino” ət emalı müəssisəsindən idxal olunan məhsullarda, o cümlədə sosislərdə hər hansı uyğunsuzluq müəyyən edilməyib: […]
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl göndərilib
Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan yük qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola düşüb. Canlixeber.com xəbər verir ki, bu barədə 11 vaqondan ibarət, çəkisi 1 108 ton olan buğda və dörd vaqondan ibarət, çəkisi 273 ton olan arpa “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib. İndiyə qədər Rusiyadan Ermənistana […]
