1 min read

Gəncədə zəncirvari qəza: Xəsarət alanlar var

Gəncə şəhərində zəncirvari qəza olub. Canlixeber.com xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin Heydər Əliyev prospektində baş verib. KIA, VAZ-2107 və “Ford Fusion” markalı avtomobillərin toqquşması nəticəsində 1986-cı il təvəllüdü Ülviyyə Rəsulova, 1995-ci il təvəllüdlü İlham Ələkbərov və 2008-ci il təvəllüdlü Mayıl Muradov xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

1 min read

Bakı-Quba yolunda qəza baş verib, bir nəfər ölüb

Bakı-Quba avtomobil yolunun Siyəzən rayonunun Zarat kəndindən keçən hissəsində ölümlə nəticələnən qəza baş verib. Canlixeber.com xəbər verir ki, “Shacman” markalı yük avtomobili ilə AAYDA-ya məxsus “Mitsubishi” toqquşub. Qəza zamanı iş başında olan 1981-ci il təvəllüdlü Nəsib Tahirov iki yük maşınının arasında qalaraq ağır xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

1 min read

Oğuzda AĞIR QƏZA: Bir ailə xəstəxanalıq oldu

Oğuzda minik avtomobili ağaca çırpılıb, biri azyaşlı olmaqla bir ailənin 4 üzvü xəsarət alıb. Canlixeber.com xəbər verir ki, hadisə səhər saat 6 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuzun Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib. Oğuz şəhər sakini 35 yaşlı Fərhad Nemət oğlu Rzalı idarə etdiyi “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın yol […]