Ölüm badisəsi
Bakı-Quba yolunda qəza baş verib, bir nəfər ölüb
Bakı-Quba avtomobil yolunun Siyəzən rayonunun Zarat kəndindən keçən hissəsində ölümlə nəticələnən qəza baş verib. Canlixeber.com xəbər verir ki, “Shacman” markalı yük avtomobili ilə AAYDA-ya məxsus “Mitsubishi” toqquşub. Qəza zamanı iş başında olan 1981-ci il təvəllüdlü Nəsib Tahirov iki yük maşınının arasında qalaraq ağır xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
