Qarabağ FK
UEFA Avropa Liqası: “Qarabağ”ın ÇSKA ilə oyunlarını idarə edəcək hakimlər açıqlanıb
“Qarabağ”ın UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstan təmsilçisi ÇSKA (Sofiya) komandasına qarşı keçirəcəyi hər iki oyunun hakim təyinatları müəyyənləşib. Canlixeber.com xəbər verir ki, Bakıdakı matçı italiyalı Daniele Çiffi idarə edəcək. Ona həmyerliləri Ciovanni Baççini və Alessandro Lo Çiçero köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Daniele Perenzoni yerinə yetirəcək. VAR-da Valerio Marini, AVAR-da Federiko La Penna […]
“Qarabağ”ın biletləri bu gün satışa çıxarılır
UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” -“CSKA Sofia” qarşılaşmasının biletləri bu gün satışa çıxarılacaq. Canlixeber.com xəbər verir ki, saat 15:00-dan etibarən biletlərin satışı aktivləşəcək. Qeyd edək ki, oyun 23 iyul Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da start götürəcək.
“Qarabağ” daha bir legioneri klubdan GÖNDƏRİR
“Qarabağ” klubu daha bir futbolçusu ilə yollarını ayırmaq qərarına gəlib. Canlixeber.com xəbər verir ki, komandanın sol cinah müdafiəçisi Jeremi Qnali komandasını dəyişməyə yaxındır. Belə ki, bu ilin qış transfer pəncərəsində Yunanıstanın AEK klubundan “Qarabağ”a cəlb edilən fransalı sol cinah müdafiəçisi gözləntiləri doğrultmayıb. Artıq bir neçə komandadan təklif alan 24 yaşlı futbolçunu “Qarabağ” rəhbərliyi icarə əsasında […]
“Qarabağ”da gözlənilməz ayrılıq
“Qarabağ” daha bir futbolçu ilə yolları ayırır. Canlixeber.com xəbər verir ki, söhbət Şahruddin Məhəmmədəliyevdən gedir. Təcrübəli qolkiperin Ağdam təmsilçisində ayrılacağı bildirilir. Azərbaycan millisinin üzvünün yaxın vaxtda “Qarabağ”dan getdiyi rəsmən açıqlanacaq. 32 yaşlı oyunçunun “köhlən atlar”la müqaviləsi ötən ay başa çatıb. O, ötən mövsüm “Qarabağ”ın heyətində 6 oyun keçirib.
Kamilo Duran “Qarabağ”dan “Seltik”ə transfer olundu
Qarabağ”ın hücumçusu Kamilo Duran karyerasını Şotlandiyada davam etdirəcək. Canlixeber.com xəbər verir ki, Ağdam təmsilçisi kolumbiyalı futbolçunun transferi ilə bağlı Şotlandiyanın “Seltik” klubunun təklifini və oyunçunun istəyini nəzərə alaraq müsbət qərar verib. Klubun yaydığı məlumata görə, tərəflər arasında aparılan danışıqlar uğurla başa çatıb və transferlə bağlı razılıq əldə olunub. 2025-ci ilin yayından “Qarabağ”ın formasını geyinən Kamilo […]
“Qarabağ”ın Avropa Liqası üçün heyətində dəyişiklik: Üç futbolçu kənarda qaldı
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində mübarizə aparacaq “Qarabağ” klubu İslandiyanın “Vestri” komandasına qarşı keçirəcəyi matçlar ərəfəsində iştirak ərizəsini yeniləyib. Canlixeber.com xəbər verir ki, qitə futbol qurumunun rəsmi portalında dərc olunan son siyahıya əsasən, Ağdam təmsilçisi növbəti sınaq üçün 24 futbolçuya güvənəcək. Yenilənmiş iştirak ərizəsində diqqətçəkən məqamlar var. Komandanın legionerləri Joni Montiel və Jeremi Qnali, […]
Mateus Silva “Qarabağ”dan ayrılır
Braziliyalı futbolçu Mateus Silva “Qarabağ”la yollarını ayırmağa hazırlaşır. Canlixeber.com xəbər verir ki, bu barədə 29 yaşlı müdafiəçi Braziliya mətbuatına verdiyi açıqlamada bildirib. Futbolçu qeyd edib ki, Braziliya klublarından təklif alıb və bunun yeni bir sınaq üçün ideal variant olduğunu düşünür: “Azərbaycanda yaşadıqlarıma görə minnətdaram. Amma daha çox şeyə ehtiyacım olduğunu hiss edirəm və Braziliyaya qayıtmaq […]
“Qarabağ” Avropa Liqasında yeni mövsümə start verir
Bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsində təmsilçimiz “Qarabağ” İslandiyanın “Vestri” komandası ilə qarşılaşacaq. Canlixeber.com xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq. Qarşılaşmanı moldovalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Roman Jitari olacaq. Ona Vlad Lifçiu və Vadim Vikol kömək edəcəklər. Andrey Brequta dördüncü hakim funksiyasını yerinə […]
“Sabah” “Qarabağ”dan ayrılan Amin Ramazanovu heyətinə qatdığını açıqlayıb
“Sabah” heyətinə yeni futbolçu qatıb. Canlixeber.com xəbər verir ki, bu barədə Bakı klubu məlumat yayıb. Qapıçı Amin Ramazanov bundan sonra Masazır təmsilçisinin uğurları üçün çalışacaq. 23 yaşlı qolkiperlə 2 illik müqavilə bağlanıb. Rusiyanın “Lokomotiv” (Moskva) klubunun yetirməsi olan oyunçu karyerası ərzində “Qarabağ” və “Zaqatala”da çıxış edib.
“Qarabağ” Cebrail Makreçkisi transfer edib
2026/2027 mövsümünün transfer çalışmalarını davam etdirən “Qarabağ” klubu növbəti futbolçu keçidini gerçəkləşdirib. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Macarıstanın “Ferentsvaroş” klubu ilə danışıqlar uğurla yekunlaşıb və Cebrail Makreçkis “Qarabağ”a transfer olunub. Latviyalı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. 26 yaşlı futbolçu 2029-cu ilin yayına qədər komandada çıxış edəcək. O, 25 […]
