1 min read

Buzovnada FACİƏ: Üç nəfər dənizdə batdı

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə üç nəfər batıb. Canlixeber.com xəbər verir ki, bu barədənFövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1.3 km aralı dənizdə nəzarətsiz ərazidə 3 nəfərin batması barədə məlumat daxil olub: “Məlumatla əlaqədar dərhal […]

1 min read

Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılıb öldü

Bakıda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Xətai rayonu ərazisində qeydə alınıb. Belə ki, 2022-ci il təvəllüdlü İbrahim Kənan oğlu Qafarlı yaşadığı binanın 13-cü mərtəbəsində yerləşən mənzilin pəncərəsindən ehtiyatsızlıqdan yıxılaraq həyatını itirib. Faktla bağlı araşdırma Xətai Rayon Prokurorluğu tərəfindən aparılır.

1 min read

Hacıqabulda qəzada sürücünün həyat yoldaşı ölüb

Hacıqabulda baş verən qəzada bir nəfər ölüb Canlixeber.com xəbər verir ki, hadisə Bakı-Qazax magistralının 108-ci kilometrliyində Hacıqabul rayonunun Pirsaat kəndi ərazsində qeydə alınıb. “Kamaz” markalı yük maşını ilə BYD markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü yüngül xəsarət alsa da, avtomobildə olan sərnişin – sürücünün həyat yoldaşı, Beyləqan rayon sakini 1979-cu il təvəllüdlü İbadova Svetlana […]

1 min read

Şəkidə yüksək gərginlikli elektrik cərəyanının vurduğu kişi yanaraq ölüb

Şəkidə yüksək gərginlikli elektrik cərəyanının vurduğu kişi yanaraq ölüb. Canlixeber.com xəbər verir ki, hadisə Şəki şəhəri Salman Mümtaz küçəsində baş verib. Hələki şəxsiyyəti dəqiqləşdirilməyən orta yaşlı kişi ərazidə olan elektrik transformatoruna müdaxilə edib. Bu zaman yüksək gərginlikli elektrik cərəyanı kişini vurub və o, yanaraq ölüb. Hazırda ölən şəxsin kimliyi və onun transformatora hansı cəbəbdən müdaxilə […]

1 min read

Sumqayıtda 4-cü mərtəbədən yıxılan kişi 6 gün sonra xəstəxanada ölüb

Sumqayıtda bədbəxt hadisə nəticəsində ağır xəsarət alan kişi xəstəxanada dünyasını dəyişib. Canlixeber.com xəbər verir ki, hadisə iyulun 27-də şəhərin 8-ci mikrorayon ərazisində baş verib. Belə ki, 1962-ci il təvəllüdlü Şükürov Şahin Şahvələd oğlu yaşadığı beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsinin pəncərəsindən ehtiyatsızlıq nəticəsində yerə yıxılıb. Qapalı kəllə-beyin travması alan yaralı dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım […]

1 min read

Oğlunun şəhid olduğu gün vəfat etdi

Biləsuvar rayonunun Nərimankənd kəndində şəhid anası Rəfiqə Əliyeva vəfat edib. Canlixeber .comxəbər verir ki, o, övladı, gizir Pərvin Əliyevin şəhidlik ildönümündə dünyasını dəyişib. Qeyd edək ki, Pərvin Səlahəddin oğlu Əliyev 1981-ci il martın 15-də Nərimankənd kəndində anadan olub. Müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra Xüsusi Təyinatlı Qüvvələrdə gizir kimi xidmət edib. Pərvin Əliyev 2014-cü […]

1 min read

Azərbaycan Atletika Federasiyasının məşqçisi 36 yaşında vəfat edib

Azərbaycan Atletika Federasiyasının (AAF) atmalar üzrə məşqçisi və təlimçisi Tofiq Məmmədov vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə AAF-ın mətbuat xidmətindən məlumat verilib. Mütəxəssis 36 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Federasiya mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, ona Allahdan rəhmət diləyib.

1 min read

İkram Kərimov vəfat etdi

Uzun illər məhkəmə sədri olmuş, 2019-cu ildən Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasının Sədri, “Ədalət” Vəkil bürosunun vəkili olan İkram Kərimov vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının üzvü Muxtar Mustafayev sosial şəbəkədə yazıb. İkram Kərimov 84 yaşında dünyasını dəyişib. Qeyd edək ki, İkram Kərimov 18 aprel 1942-ci il tarixində Kürdəmir şəhərində qulluqçu ailəsində […]

1 min read

Goranboyda evdən yeniyetmənin meyiti tapılıb

Goranboyda evdən meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Düzqışlaq kəndində qeydə alınıb. Belə ki, kənd sakini 2008-ci il təvəllüdlü Ü. Ağayevin meyiti yaşadığı evdə aşkarlanıb. Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Ölümün səbəbləri hələlik məlum deyil. Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

4 mins read

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ictimai xadim Nəriman Həsənzadə vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Nəriman Həsənzadə iyunun 26-da səhhətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilmişdi. Nəriman Əliməmməd oğlu Həsənzadə 18 fevral 1931-ci ildə Qazax rayonunun Poylu qəsəbəsində anadan olub. 1949-1953-cü illərdə indiki Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində təhsil […]