Məhkəmə işi
“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanovla bağlı qərar verildi
“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və mərkəzin daha iki əməkdaşı barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər məhkəmədən onlara bəraət verilməsini istəyiblər. Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxslərin verdikləri apellyasiya şikayətləri təmin edilməyib, hökm qüvvədə saxlanılıb. […]
Dələduzluqda təqsirləndirilən sabiq baş konsulun məhkəməsi niyə təxirə salındı?
Dələduzluqda ittiham olunan Azərbaycanın Sankt-Peterburqdakı sabiq Baş konsulu Sultan Qasımovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən iclasa təqsirləndirilən şəxsin vəkili Sevil Məmmədova qatılmayıb. Bugünki iclasda vəkilin iştirak etməməsi ilə bağlı müvafiq qaydada ərizə göndərib. Qasımov deyib ki, vəkili ilə sentyabrın […]
Bakının milyonçu qardaşlarının sərvətləri özlərinə qaldı: Gözlənilməz hökm
Polisin 2024-cü ildə kibercinayətkarlığa qarşı keçirdiyi genişmiqyaslı əməliyyat çərçivəsində həbs edilən dəstə üzvlərinin məhkəməsi maraqlı hökmlə başa çatıb. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslərin hamısına qanunda nəzərdə tutulmuş ən aşağı həddən də az cəza verilib. İş üzrə milyonçu qardaşlar kimi tanınan Bahadır və İkram Qasımovlar, onların əmisi oğlu Fərhad Quliyev, habelə […]
Bu gün Ramiz Mehdiyevin məhkəməsi başlayır
Bu gün Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin məhkəməsi başlayır. Canlixeber.com xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə keçirilməsi gözlənilir. Qeyd edək ki, Ramiz Mehdiyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində 2025-ci ilin oktyabr ayında cinayət işi açılıb. DTX-nin yaydığı məlumata görə, Azərbaycan vətəndaşları – Ramiz […]
Könül Həmzəyeva məhkəmədə: “Maşınımı 50 min dollara satıb pulunu götürdü”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə məşhur salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyevaya qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Röyal Masiyevin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib. Canlixeber.com xəbər verir ki, məhkəmə işi zərərçəkən qismində tanınan Könül Həmzəyevanın ifadəsi ilə davam edib: “Bu adamı (təqsirləndirilən Röyal Masiyevə işarə edir) rəfiqəm […]
Nəcməddin Sadıkova 21 min manatlıq stəkan alan polkovnikin məhkəməsi başladı
Müdafiə Nazirliyinin İşlər İdarəsinin xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunan sabiq rəisi – polkovnik Elnur Süleymanov və eyni idarədə işləmiş daha üç hərbçinin məhkəməsi başlayıb. Canlixeber.com xəbər verir ki, cinayət işini Bakı Hərbi Məhkəməsinin sədri hakim Zeynal Ağayev araşdırır. Bu iş üzrə polkovnik Süleymanovdan əlavə polkovnik-leytenant Emin Əliyev, Məsud İbrahimov və Pərviz Abdullayev də mühakimə […]
Bakıda evli kişi özündən 13 yaş kiçik qızı qaçırdı
Binəqədi Rayon Məhkəməsində 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmədə təqsirləndirilən Kərim Kərimovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Canlixeber.com xəbər verir ki, hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Kərim Kərimova 2 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub. […]
Bakıda altı dost gecə dəhşət yaşadı
Bu ilin fevral ayında paytaxtın Yasamal rayonu ərazisində baş vermiş ağır avtomobil qəzası ilə bağlı məhkəmə prosesi yekunlaşıb. Canlixeber.com xəbər verir ki, Yasamal Rayon Məhkəməsində 22 yaşlı Əli Məmmədova hökm oxunub. Məlum olub ki, hadisə gecə saat 04:20-də Kənar Dairəvi Yolun Yasamal rayonundan keçən hissəsində – üzü Lökbatan qəsəbəsi istiqamətində baş verib. Həmin gecə Əli […]
Pornoqrafik videonu yaymaqda şübhəli bilinən tiktoker “Əhdi” və dostu ilə bağlı QƏRAR
Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinərək saxlanılan “Əhdi Parfum” ləqəbli tiktoker Əhdiman Osmanov və tanışı Həsən Əliyev sərbəst buraxılıblar. Canlixeber.com xəbər verir ki, hazırda onların barəsində başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Hafiz Həsənova HÖKM OXUNDU: 400 min dollar necə leqallaşdırılıb?
“QHT işi” üzrə ittiham olunan “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun barəsindəki cinayət işinə dair məhkəmə prosesi yekunlaşıb. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrlik etdiyi son iclasda hökm oxunub, H.Həsənov 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il azadlıqdan məhrum […]
