Məhkəmə işi
Elza Seyidcahanın qızıllarını mənimsəyənlərin işi: “Üstümüzdə 80 000 manat borc qalmışdı”
Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşların etibarından sui-istifadə edərək onların qızıllarını mənimsəməkdə təqsirləndirilən “Lombard Xəyal” ləqəbli Xəyal Abdullayev və köməkçisi Fərid Abuzərlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə şahid A.Q. təqsirləndirilən Xəyal Abdullayevin atası olduğunu bildirib: “Mən Xəyalın lombardında nəzarətçi olmuşam. 2022-də orada işdən […]
Uşaqlarını görmək istəyən qadınla keçmiş qayınanası dalaşdılar
Ağdamda qayınanasına xəsarət yetirən qadın saxlanılıb. Canlixeber.com xəbər verir ki, hadisə Baharlı-2 qəsəbəsində qeydə alınıb. 26 yaşlı Bəsti Əsədova (şərti adla) həmin qəsəbədə yaşayan keçmiş qayınanası, 56 yaşlı Şükufə Əhmədovanın (şərti adla) evinə gələrək uşaqlarını görmək istəyib. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Şükufə Bəstini döyərək, yerlə sürüyüb. Bəsti də keçmiş qayınanasının başından […]
Piyadanı vurub ağır yaralayan sürücünün cinayət işinə xitam verildi: Səbəb
Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası yol-nəqliyyat hadisəsi nəticəsində piyadanın sağlamlığına ağır zərər vurmaqda təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması və dəymiş ziyanın tam ödənilməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsinə dair qərar qəbul edib. Canlixeber.com xəbər verir ki, iş materiallarına əsasən, 7 iyul 2025-ci il tarixdə Xocasən-Lökbatan avtomobil yolunun Binəqədi rayonu ərazisindən keçən hissəsində qəza baş […]
İnterpolun tutaraq Bakıya gətirdiyi sabiq gömrük əməkdaşı həbsdən azad edildi
Bir müddət əvvəl İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə Ukraynada saxlanılaraq Azərbaycana gətirilən vəzifəli şəxs həbsdən azad edilib. Canlixeber.com xəbər verir ki, Baş Gömrük İdarəsinin Əməliyyat Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili olmuş Ənvər Tağıyevin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib və onun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib. İttihama görə, Ənvər Tağıyev […]
Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevlə bağlı qərar verildi
Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevin cəzası 6 ay azaldılıb. Canlixeber.com xəbər verir ki, bu barədə qərar Ali Məhkəmədə verilib. Qeyd edək ki, o, 2025-ci ilin aprel ayında saxlanılıb. Hacı Vəliyev Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin […]
Terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxundu
Terror qruplaşmasının fəaliyyətində iştirak etməkdə təqsirləndirilən Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli, Dadaş Həşimov, Məhəmməd Hüseynli, Müşfiq Həşimov, Mir Cavad Hüseynli və Tural Ağayevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. […]
Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
Bakıda polisin qanuni fəaliyyətinə maneə olan və xuliqanlıq hərəkətləri edən sahibkar həbs olunub. Canlixeber.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib. Belə ki, bir neçə gün əvvəl gündüz saatlarında yol polisi əməkdaşları hərəkətdə olan yük avtomobilini saxlayıblar. Sərxan adlı sürücüyə həmin saatlarda yükgötürmə qabiliyyətinin 8 tondan çox olduğu nəqliyyat vasitələrinin paytaxtın […]
Bank zaminin avtomobillərinə qadağa qoyulmasını istədi – Məhkəmə razılaşmadı
Şirvan Kommersiya Məhkəməsində kredit öhdəliyinin pozulması ilə əlaqədar zaminə məxsus əmlakın özgəninkiləşdirilməsinin qadağan olunmasına dair müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı ərizəyə baxılıb. Canlixeber.com xəbər verir ki, bank ilə borcalan arasında bağlanmış müqavilə çərçivəsində 500 min manat kredit limiti müəyyən edilib. Həmin limit daxilində borcalana illik 22 faizlə, 18 ay müddətinə 30 min manat kredit […]
Bərdədə müəllimə “TikTok”dakı təhqirə görə cəzalandırıldı
Bərdə rayonunda musiqi məktəbində çalışan müəllimə G.R. sosial şəbəkədə bir kişini və ailə üzvlərini təhqir etdiyinə görə cəzalandırılıb. Canlixeber.com xəbər verir ki, 1993-cü il təvəllüdlü G.R. Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinib. Məhkəmə materiallarına əsasən, G.R. “TikTok” sosial şəbəkəsində yaratdığı səhifələrdə Şahin adlı şəxsin və ailə üzvlərinin ünvanına təhqiramiz ifadələr işlədib. O, paylaşımlar və […]
Elmar Cəfərov və Emin Rəhimov barədə həbs qəti imkan tədbiri seçilib
Azərbaycan Respublikası CM-in 120.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Cəfərov Elmar Şücaət oğlu və Rəhimov Emin Qoşqar oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat və vəsatət təmin edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Binəqədi rayon məhkəməsi məlumat yayıb. Bildirilib ki, onların barələlərində həbsdə olma müddətinin əvvəli 24 oktyabr 2026-cı il tarixdən […]
