Xocavənddə mina partladı: Minatəmizləmə əməkdaşı yaralandı
Xocavənd rayonunda mina hadisəsi baş verib.
Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Bildirilib ki, hadisə avqustun 2-də işğaldan azad edilmiş Xocavənd rayonu ərazisində qeydə alınıb.
Məlumata görə, humanitar minatəmizləmə əməliyyatlarına cəlb olunmuş özəl şirkətlərdən birinin əməkdaşı, 1985-ci il təvəllüdlü Əhəd Əhədov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb.
Hadisə nəticəsində o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alan şəxs dərhal rayon mərkəzi xəstəxanasına təxliyə edilib. ANAMA-nın məlumatına görə, onun vəziyyəti qənaətbəxşdir və həyatı üçün təhlükə yoxdur.
