Lənkəran
Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş
Lənkəranda arvad ərini döyərək bıçaqlayıb. Canlixeber.com xəbər verir ki, hadisə Lənkəran şəhəri ərazisində baş verib. Şəhər sakini Şadil Məmmədov (soyad şərtidir – red.) birinci ailəsindən boşanmış 4 uşaq anası olan Aytənlə evlənib. Bir müddətdən sonra onların bir övladı olub. Bir neçə gün əvvəl Şadil işdən evə gələrkən Aytən ondan uşaq üçün yemək pulu istəyib. Şadil […]
Lənkəranda güclü külək bir sıra fəsadlar törədib, 15-ə yaxın irigövdəli ağac aşıb
Lənkəranda doludan sonra güclü külək və yağış yağıb. Sakinlərə xeyli ziyan dəyib. Canlixeber.com xəbər verir ki, bu gün səhər saat 09:00 radələrindən başlayaraq Lənkəran rayonunun kəndlərinə dolu yağıb. Təxminən 4-5 dəqiqə davam edən dolu əsasən Separadi, Tükəvilə, Zövlə, Şağlaser, Boladi kəndləri, Nərimanabad qəsəbəsi və Liman şəhərində müşahidə olunub.Doludan sonra əraziyə intensiv yağış yağıb, güclü külək […]
Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular
Lənkəranda dörd sahibkar arasında dava olub. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Gərmətürk kəndində baş verib. Kənd sakini, 1977-ci il təvəllüdlü Eldar Məmmədov uzun müddət Qazaxıstanda yaşayıb və biznes qurub. Bir müddətdən sonra o, bacılarını qəsəbədə yaşayan atasına baxıcı təyin edib və onlara aylıq maaş verib. Daha sonra Eldar qardaşları Telman və Elmanı da özü […]
Lənkəranda 19 yaşlı oğlan anasının sevgilisini bıçaqladı
Lənkəranda 19 yaşlı oğlan anasının sevgilisini bıçaqlayıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Parakənd kəndində baş verib. Astara rayon sakini, 2007-ci il təvəllüdlü İmran Mahirli (ad və soyad şərtidir) atası dünyasını dəyişəndən sonra Lənkəran rayonuna köçüblər. Onun anası Aynur Parakənd kəndində başqa bir kişi ilə qeyri-rəsmi ər-arvad kimi yaşamağa başlayıb və İmran da onlarla bir […]
Lənkəranda 30 yaşlı kişinin meyiti tapıldı
Lənkəranda 30 yaşlı kişinin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Qumbaşı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Tacəddin Həbibovun meyiti yaşadığı evin həyətində aşkarlanıb. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Lənkəranda dəmiryolu relslərini oğurlamaqda şübhəli bilinən 3 nəfər saxlanılıb
Lənkəran rayonunda dəmiryolu ərazisindən relslər oğurlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakinləri – 50 yaşlı A.İsayev, 53 yaşlı İ.Qəmbərov və 37 yaşlı N.Bayramov dəmiryolu relslərini kəsərək oğurlayan zaman hadisə yerində saxlanılıblar. Faktla bağlı araşdırma aparılır.
Lənkəranda 73 yaşlı kişi nərdivandan yıxılaraq ölüb
Lənkəran rayonunda 73 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Canlixeber.com xəbər verir ki, sentyabrın 3-də Sütəmurdov kəndində qeydə alınıb. Kənd sakini 1953-cü il təvəllüdlü M.İbrahimov yaşadığı evin həyətində nərdivandan yıxılaraq ölüb. Araşdırma aparılır.
Lənkəranda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edilib
Avtoxuliqanlıq edən sürücü 1 il sürücülük hüququndan məhrum edilib. Canlixeber.com xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı toy karvanında avtoxuliqanlıq edən sürücü E.Abdullayev saxlanılıb. O, idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və digər hərəkət iştirakçıları üçün qəza şəraiti yaradıb. […]
Lənkəran xəstəxanasına yeni direktor TƏYİN OLUNDU
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) yeni direktor təyin olunub. Canlixeber.com xəbər verir ki, müvafiq əmrlə bu vəzifəyə Oktay Əmənullayev təyinat alıb. Qeyd edək ki, ixtisasca terapevt olan O.Əmənullayev 2025-ci ildən yeni təyinata qədər Cəlilabad RMX-nin, 2020-2025-ci illərdə isə Astara RMX-nin direktoru vəzifələrində çalışıb. Xatırladaq ki, bundan əvvəl Lənkəran RMX-nin direktoru Nuridə Məmmədova olub. O bu […]
39 yaşlı kişi maşında infarkt keçirib öldü
Lənkəran rayonunda sürücü sükan arxasında ölüb. Canlixeber.com xəbər verir ki, hadisə avqustun 20-si saat 18 radələrində Lənkəran şəhəri Nizami küçəsində baş verib. Qumbaşı kənd sakini 1987-ci il təvəllüdlü Vüsal Mehman oğlu Nuriyev idarə etdiyi “VAZ 2107” markalı 90 LF 064 nömrə nişanlı avtomobildə qəfil vəfat edib. Onun infarktdan öldüyü bildirilib. Faktla bağlı araşdırma aparılır.
