Həbs
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: “Mənə bıçaqla hücum edib döydülər”
Qeyri-müəyyən şəraitdə Ermənistan sərhədini keçərək Şəki kəndinə (Zəngəzur) daxil olan Azərbaycan hərbçisi Nəsimi Musayev dindirmə prosesində heç kimə zərər yetirmək niyyətində olmadığını bildirib. Canlixeber.com xəbər verir ki, bu barədə dindirmə materiallarının bəzi detallarını əldə edən Ermənistanın “Joxovurd” qəzeti məlumat yayıb. Nəşr qeyd edir ki, N.Musayev ifadəsində erməni ailəsinin evinə daxil olarkən kimsəyə xəsarət yetirmək istəmədiyini […]
İranda 47 müəllim həbsdə və ya sürgündədir
İranda 47 müəllim həbsdə və ya saxlanılır İranda hazırda və ya əvvəllər müəllim kimi fəaliyyət göstərmiş ən azı 47 nəfər həbsdədir, saxlanılır və ya sürgün cəzası çəkir. Bu barədə HRANA – İnsan Hüquqları Fəalları Xəbər Agentliyinin Ümumdünya Müəllimlər Günü ilə bağlı hazırladığı hesabatda məlumat verilib. Məlumata görə, həmin şəxslərdən 13-ü həbs cəzası çəkir, 32-si saxlanılır, […]
Şəkidəki hadisə Ermənistanda generalın istefasına səbəb oldu
Zəngəzurun Şəki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayevlə bağlı hadisə Ermənistanın hərbi qurumlarında istefaların başlamasına səbəb olub. Canlixeber.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb. “Hadisədən bir neçə gün sonra ilk istefa baş verdi – Milli Təhlükəsizlik Xidmətinin direktor müavini, general-mayor David Sanamyan vəzifəsindən ayrıldı. Onun məsuliyyət zonasına qismən Milli Təhlükəsizlik Xidməti Sərhəd […]
Ferhat Gündoğdunun həbsinin şok detalları açıqlandı
Türkiyə Futbol Federasiyasının (TFF) Hakimlər Komitəsinin (MHK) keçmiş sədri Ferhat Gündoğdunun həbs olunmasının səbəbləri açıqlanıb. O, İstanbul Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məhkəmənin qərarında Gündoğdunun hakimlərin təyinatı zamanı fərdi inkişaf və ləyaqət prinsiplərinin nəzərə almadığı, hakimlərə aid şəxsi məlumatların qanunsuz şəkildə topladığı və […]
Ferhat Gündoğdu da həbs edildi
Türkiyə Futbol Federasiyasının (TFF) Mərkəzi Hakimlər Komitəsinin sədri (MHK) Ferhat Gündoğdu həbs edilib. Canlixeber.com xəbər verir ki, “Hakimlər dosyesi” istintaqı çərçivəsində saxlanılan və aralarında MHK Prezidenti Ferhat Gündoğdunun da olduğu yeddi şübhəlidən beşi barəsində həbs qərarı verilib. İki şübhəliyə isə ölkə xaricinə səyahət qadağası qoyularaq, məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. İstintaq çərçivəsində həbs olunanlar […]
Toylarında taxılan qızıllar gündəm oldu: “Vanlı Kara Haydar”ın həyat yoldaşı da saxlanıldı
Türkiyədə sosial şəbəkələrdə “Vanlı Kara Haydar” kimi tanınan Mehmet Fatih Tançalanla bağlı məhkəmə prosesi dərinləşir. Onun həyat yoldaşı Çağla Öz davam edən istintaq çərçivəsində saxlanılıb. Canlixeber.com xəbər verir ki, Mehmet Fatih Tançalanın həbsindən sonra arvadı Çağla Öz də nəzarət altına alınıb və ifadə verməsi üçün polis idarəsinə aparılıb. Xatırladaq ki, Türkiyədə sosial şəbəkələrdə “Vanlı Kara […]
Leyla Əhmədova HƏBS OLUNDU
Tanınmış modelyer Leyla Əhmədova həbs edilib. Canlixeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, Leyla Saday qızı Əhmədova külli miqdarda dələduzluqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Leyla Əhmədova barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə üçaylıq həbs qətimkan tədbiri seçilib.
Məşhur turizm şirkətinin rəhbəri Polşada həbs edildi
Azərbaycanın ən böyük turizm şirkətlərindən birinin rəhbəri Rövşən Abdullayev Polşada həbs edilib. Canlixeber.com Qafqazinfo.az-a istinadla xəbər verir ki, şirkət rəhbərinin həbsinə səbəb Azərbaycan Respublikası tərəfindən axtarışa verilməsidir. R.Abdullayev şirkətə müraciət edən müştərilərin bir milyon manata yaxın pulunu dələduzluq yolu ələ keçirməkdə ittiham olunur. 100-ə yaxın əməkdaşı olan “Flyblast Agency Travel” aviabilet satışı, tur-paketlər, xarici və […]
Hava limanında saxlanılıb həbs edilən “By Ella” azadlığa buraxıldı
Bir müddət öncə həbs edilən “By Ella” ləqəbli bloqer Lalə Məmmədova azadlığa buraxılıb. Canlixeber.com xəbər verir ki, Lalə Məmmədovaya qarşı irəli sürülən ittiham üzrə onun təqsiri sübuta yetirilmədiyindən barəsində aparılan cinayət işinə istintaq orqanı tərəfindən xitam verilib. Bununla da bloqer azadlığa buraxılıb. Xatırladaq ki, Lalə Məmmədova iyulun sonunda hava limanında saxlanılıb və məhkəmə qarşısına çıxarılıb. […]
MN-nin həbsdə olan Hərbi Həkim Komissiyasının sabiq rəisi məhkəmədən azadlığa buraxılıb
Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi Rasim Həsənov cərimə edilib və məhkəmə zalından azadlığa buraxılıb. Canlixeber.com xəbər verir ki, bu barədə hökm Bakı Hərbi Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə qəbul edilib. Hökmə əsasən, təqsirləndirilən Rasim Həsənovun ittiham olunduğu maddələr 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəyə tövsif olunub və […]
