Gürcüstan
Azərbaycanın çimərlik futbolu millisi Gürcüstanı altı cavabsız qolla üstələyib
Gürcüstanın Batumi şəhərində təlim-məşq toplanışını davam etdirən Azərbaycanın çimərlik futbolu millisi yoldaşlıq görüşü keçirib. Canlixeber.com xəbər verir ki, Gürcüstan yığması ilə qarşılaşan komanda Orxan Məmmədov (3), Elşad Manafov (2) və Sahib Məmmədovun vurduğu qollarla rəqibindən 6:0 hesabı ilə üstün olub. Komandalar arasında növbəti oyun iyulun 10-da baş tutacaq. Qeyd edək ki, bu qarşılaşmalar iyulun 15-19-da […]
UEFA Konfrans Liqası: “Zirə” “Torpedo Kutaisi”ni qəbul edir
Bu gün UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində “Zirə” – “Torpedo Kutaisi” (Gürcüstan) oyunu keçiriləcək. Canlixeber.com xəbər verir ki, Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Cavab matçı isə iyulun 16-da Kutaisidəki Ramaz Şengeliya stadionunda oynanılacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Baş Prokurorluq: Gürcüstanda Azərbaycan vətəndaşının ölümü ilə bağlı istintaq diqqətdə saxlanılır
Gürcüstanın Tbilisi şəhərində Azərbaycan Respublikasının vətəndaşı Fatimə Kərimovanın qəsdən öldürülməsi faktı ilə bağlı həmin ölkənin prokurorluq orqanları tərəfindən başlanmış cinayət işinin ibtidai istintaqı diqqətlə izlənilir. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Məlumata görə, hazırda cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin – zərərçəkmişin qohumunun barəsində müvafiq prosessual tədbirlər görülməkdə, onun saxlanılması və […]
Azərbaycanlı gənc Polşada göldə boğuldu
Gürcüstanın Bolnisi bələdiyyəsinin Ayorta kənd sakini, 28 yaşlı Fərman Xəlilov Polşada faciəli şəkildə həyatını itirib. Canlixeber.com xəbər verir ki, gənc göldə çimərkən boğularaq ölüb. Bildirilib ki, F.Xəlilov işləmək məqsədilə bir müddət əvvəl Polşaya yollanmışdı. Qeyd edək ki, son iki ay ərzində Gürcüstandan olan üç gənc Polşada göldə boğularaq həyatını itirib.
Azərbaycan idmançıları “Mixeil Xergiani Cup 2026” turnirinin final mərhələsinə yüksəliblər
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Mixeil Xergiani Cup 2026” beynəlxalq idman dırmanması turnirində Azərbaycan Alpinizm Federasiyasının idmançıları uğurla çıxış edərək boulderinq növü üzrə final mərhələsinə vəsiqə qazanıblar. Canlixeber.com xəbər verir ki, yarışda məşqçi Çingiz Tağızadənin rəhbərliyi altında təmsil olunan Azərbaycan komandasının üzvləri təsnifat mərhələsində uğurlu nəticə göstərərək finala yüksələn ən güclü iştirakçılar sırasında yer alıblar. Qeyd […]
Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldılar
Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində azərbaycanlılar da daxil olmaqla 50 əcnəbi vətəndaş saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Gürcüstan DİN-in sosial şəbəkə hesabında məlumat paylaşılıb. Məlumata görə, kompleks tədbirlər nəticəsində Hindistan, Vyetnam, Türkmənistan, Rusiya, Qırğızıstan, Sudan, Pakistan, Özbəkistan, Azərbaycan, Tacikistan, İordaniya, Nigeriya, Banqladeş, Uqanda və Keniya vətəndaşları nəzarətə […]
Gürcüstanda öldürülən 21 yaşlı Fatimə Ağcəbədidə dəfn edilib
Gürcüstanda qətlə yetirilən 21 yaşlı Fatimə Kərimova Azərbaycana gətirilərək dəfn olunub. Canlixeber.com xəbər verir ki, mərhum Ağcabədi şəhər qəbiristanlığında torpağa tapşırılıb. Qeyd edək ki, Fatimə Kərimova bir neçə gün əvvəl sevgilisi tərəfindən aldadılaraq Gürcüstana aparılıb. Ona birlikdə yaşamaq və işləmək vəd edilib. Həmin şəxsin ondan borc pul aldığı və qaytarmadığı, daha sonra isə qızı döyərək […]
İnterpolun “qırmızı bülleten”lə axtardığı Azərbaycan vətəndaşı saxlanıldı
Gürcüstanın Batumi şəhərində İnterpolun “qırmızı bülleten”i ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb. Canlixeber.com xəbər verir ki, həmin şəxs ağır cinayətlər törətməkdə ittiham olunaraq Azərbaycanda axtarışa verilib. Saxlanılan şəxs barəsində müvafiq hüquqi prosedurlar icra edilərək, Bakıya ekstradisiya edilməsi üçün həbs-qətimkan tədbiri seçilib.
Gürcüstanda Azərbaycan vətəndaşı olan gənc qız QƏTLƏ YETİRİLİB
Gürcüstanda Azərbaycan vətəndaşı olan gənc qız qətlə yetirilib. Canlixeber.com xəbər verir ki, bu barədə məlumatı “Sapari” təşkilatının rəhbəri Baia Pataraia sosial şəbəkədə paylaşıb. O bildirir ki, gənc qızla iki gün ərzində əlaqə saxlamaq mümkün olmayıb, bundan sonra polis mənzilin qapısını sındıraraq içəri girib və orada onun cəsədini tapıb. Pataraianın verdiyi məlumata görə, qatil Türkiyəyə qaçıb: […]
Azərbaycanlı gənc Gürcüstanda faciəli şəkildə ÖLDÜ
Marneulidən olan gənc Urekidə dənizdə boğularaq həyatını itirib. Canlixeber.com MarneuliNews.ge-yə istinadən xəbər verir ki, Urekidə baş verən faciə nəticəsində Marneuli bələdiyyəsinin Ağməmmədli kənd sakini, 21 yaşlı Elnur Nəbiyev həyatını itirib. Qeyd edək ki, iyunun 18-də Urekidə Qara dənizdə güclü axın Marneuli bələdiyyəsindən olan dörd gənci aparıb. Xilasedicilər onların hamısını sudan çıxarsalar da, gənclərdən birinin həyatını […]
