Elektrik cərəyanının vurması
Astarada elektrik dirəyində təmir aparan şəxs faciəli şəkildə öldü
Astara rayonunda bədbəxt hadisə baş verib. Canlixeber.com xəbər verir ki, rayonun Kijəbə qəsəbə sakini – 1990-cı il təvəllüdlü Babək Baxşıyev yaşayış məntəqəsinin ərazisində işıq dirəyində təmir işləri görərkən elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.
Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb
Şabran rayonunda 53 yaşlı kişini elektrik cərəyanı vurub. Canlixeber.com xəbər verir ki, hadisə iyulun 15-də qeydə alınıb. 1973-cü il təvəllüdlü Arif Camayev yaşadığı Düzbilici kəndində evinin yaxınlığında artezian quyusunda quraşdırılmış su mühərrikini təmir edərkən elektrik cərəyanı vurması nəticəsində ölüb. Araşdırmalar aparılır.
Quba sakinini cərəyan vuraraq öldürüb
Quba rayonunda 38 yaşlı qadını elektrik cərəyanı vurub. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Nügədi kəndində baş verib. Məlumata görə, 1998-ci il təvəllüdlü N.Əhmədova yaşadığı evdə elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır.
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq
Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. “İyunun 18-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Çuxursəd, Zaur Kərimov, Vasif Əliyev, Məmmədşərif Həmidov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət […]
Abşeronda qadın faciəli şəkildə öldü
Abşeron rayonunda qadın bədbəxt hadisə nəticəsində ölüb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Qobu qəsəbəsində baş verib. Qəsəbə sakini 1984-cü il təvəllüdlü Könül Nüsrət qızı Qurbanovanı yaşadığı evin həyətində iş görərkən elektrik cərəyanı vurub. Qadın hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Biləsuvarda 25 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Biləsuvar rayonunda 25 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb. Canlixeber.com “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Bağbanlar kəndində qeydə alınıb. Kənd sakini, 2001-ci il təvəllüdlü Tural İbrahim oğlu Məmmədlini həyətlərində elektrik cərəyanı vuraraq öldürüb.Faktla bağlı araşdırma aparılır.
