Daxili İşlər Nazirliyi
Qanunsuz saxlanılan silahlar götürülüb
İyulun 17-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 1 qumbara, 14 tüfəng və 5 patron aşkar edərək götürüblər. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.*
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb
Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN: İtkin düşən 8 nəfər tapılıb
İtkin düşən 8 nəfər tapılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, iyulun 17-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Son bir ayda 372 kiloqram narkotik vasitə dövriyədən çıxarılıb
Son bir ay ərzində Bakı şəhərində polis orqanlarının keçirdiyi əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ümumilikdə 199 fakt aşkar edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb. Onlardan 192 fakt üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb, 7 fakt üzrə isə […]
Abşeronda kuryerə qarşı soyğunçuluq edən şəxs saxlanıldı
Abşeron rayonu ərazisində kuryer fəaliyyəti ilə məşğul olan şəxsə qarşı soyğunçuluq edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 20 yaşlı E.Şirinov müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla məlum olub ki, E.Şirinov sifariş etdiyi 3950 manat dəyərində mobil telefonu ünvana çatdıran kuryerdən cihazı yoxlamaq bəhanəsi […]
Anbardan elektrik naqilləri oğurlayan şəxs saxlanılıb
Xətai rayonu ərazisində yerləşən anbarların birindən 1600 manat dəyərində elektrik naqilləri və təmir-tikinti alətləri oğurlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı A.Hüseynov saxlanılıb. Araşdırmalarla onun oğurladığı elektrik naqillərini satdığı müəyyən edilib. Faktla bağlı araşdırma […]
İmişlidə çətənə kolları yetişdirən şəxs saxlanıldı
İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 49 yaşlı Rafiq Səmədov saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Onun yaşadığı ünvana baxış zamanı aqrotexniki qaydada qulluq göstərərək yetişdirdiyi 65 ədəd çətənə kolu aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı […]
Bakıda oğurluq edən şəxslər saxlanıldı
Bakının iki rayonunda oğurluq edən şəxslər saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, paytaxtın Yasamal rayonunda yerləşən evlərdən birindən kombi aparatı və digər məişət əşyaları oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvələr məhkum olunmuş 39 yaşlı F.Ağaəliyev müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı […]
Bakıda iki parkın kəsişməsində yeni piyada işıqforları quraşdırılıb
tatürk və Ayna Sultanova parkları arasında yeni piyada işıqforları quraşdırılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin artırılması məqsədilə paytaxtın Nərimanov rayonunda, Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yerləşən mövcud işıqfor obyektləri təkmilləşdirilib. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən həyata keçirilən işlər çərçivəsində kəsişmədə iki […]
Tovuzda həyat yoldaşını döyən kişi tutuldu
Tovuz rayon sakini T. Rüstəmovanın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən zorakılığa məruz qalması və sığınacağa yerləşdirilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan paylaşımlar əsasında polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Canlixeber.com xəbər verir ki, bu bərədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, araşdırmalar çərçivəsində qadının həyat yoldaşı A. Bədirov saxlanılıb. Araşdırmalar davam etdirilir.
