Bakıda oğurluq edən şəxslər saxlanıldı
1 min read

Bakıda oğurluq edən şəxslər saxlanıldı

Bakının iki rayonunda oğurluq edən şəxslər saxlanılıb.

Canlixeber.com xəbər verir ki, bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, paytaxtın Yasamal rayonunda yerləşən evlərdən birindən kombi aparatı və digər məişət əşyaları oğurlanıb.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvələr məhkum olunmuş 39 yaşlı F.Ağaəliyev müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı onun oğurladığı məişət əşyalarının bir hissəsini satdığı müəyyən edilib.

Nərimanov rayonu ərazisində də evdən oğurluq etməkdə şübhəli bilinən 40 yaşlı E.Cavadov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.