Bərdə
Bərdədə müəllimə “TikTok”dakı təhqirə görə cəzalandırıldı
Bərdə rayonunda musiqi məktəbində çalışan müəllimə G.R. sosial şəbəkədə bir kişini və ailə üzvlərini təhqir etdiyinə görə cəzalandırılıb. Canlixeber.com xəbər verir ki, 1993-cü il təvəllüdlü G.R. Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinib. Məhkəmə materiallarına əsasən, G.R. “TikTok” sosial şəbəkəsində yaratdığı səhifələrdə Şahin adlı şəxsin və ailə üzvlərinin ünvanına təhqiramiz ifadələr işlədib. O, paylaşımlar və […]
Bərdədə avtomobil 71 yaşlı qadını vuraraq öldürüb
Bərdədə avtomobil 71 yaşlı qadını vuraraq öldürüb. Canlixeber.com xəbər verir ki, Cəfərov Nizami Bərxudar oğlu “Mercedes” markalı avtomobillə 1955-ci il təvəllüdlü piyada Muradova Əsli Yaqub qızını vurub. Piyada aldığı xəsarətlərdən Bərdə Rayon Mərkəzi Xəstəxanasında ölüb. Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.
Bərdədə 26 yaşlı kişi qətlə yetirildi
Bərdə rayonunda qətl hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə sentyabrın 30-da gecə saat 5 radələrində rayonun Molla Əhmədli kəndində qeydə alınıb. Kənd sakini, 2000-ci il təvəllüdlü Elnur Rüstəmov bıçaqla qətlə yetirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Cavid Hüseynov saxlanılıb. faktla bağlı araşdırma aparılır.
Bərdədə 17 yaşlı gənci “KamAz” vurdu
Bərdə-Yevlax yolunda qəza baş verib. Canlixeber.com xəbər verir ki, hadisə zamanı hərəkətdə olan “KamAz” markalı yük avtomobili yolu keçən 2009-cu il təvəllüdlü Əsədov Şamxal Nəsir oğlunu vurub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 17 yaşlı Ş.Əsədov Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Bərdədə avtomobil piyadını vurdu
Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə sentyabrın 9-da qeydə alınıb. Belə ki, İlham Zeynalov idarə etdiyi “Mercedes Benz E270 CDI” markalı avtomobillə hərəkətdə olarkən yolu keçməkdə olan Sücayət Məmmədovanı ehtiyatsızlıqdan vurub. Qəza nəticəsində xəsarət alan qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasında ölüb. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin […]
Bərdə rayonunun böyük bir hissəsi SUSUZ QALDI
Bərdə rayonunda bəzi ərazilərin içməli su təminatında çətinlik yaranıb. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidməti məlumat verib. Qeyd olunub ki, rayonda yağan yağış və güclü külək nəticəsində Bərdə Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Mərkəzi su anbarını qidalandıran subartezian nasoslarının elektrik enerjisi ilə təminatını həyata keçirən […]
Bərdədə “Chevrolet” beton arakəsməyə çırpıldı: Sərnişin yaralandı
Bərdədə yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, qəza ötən gecə Hindarx-Borsunlu yolunun rayonun Soğanverdilər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Ağcabədi rayon sakini Samir Hüseynov “Chevrolet” markalı, 10-YB-774 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı beton arakəsməyə çırpılıb. Qəza zamanı avtomobildə olan sərnişin, 1974-cü il təvəllüdlü Ağcabədi rayon […]
Bərdədə “Prius” 49 yaşlı kişini vurdu, xəstəxanada keçindi
Bərdə rayonunda “Toyota Prius” qəza törədib. Canlixeber.com xəbər verir ki, 2000-ci il təvəllüdlü Elmir İnqilab oğlu Türbəndəyev idarə etdiyi “Toyota Prius” markalı avtomobil ilə Bərdə-Ağdam avtomobil yolunun Bərdə rayonu, Əliyanlı kəndindən keçən hissəsində yolu keçən 1977-ci il təvəllüdlü İlyas Hüseyn oğlu Aslanovu vurub. Nəticədə sonuncu aldığı xəsarətlərdən Bərdə Rayon Mərkəzi Xəstəxanasında ölüb. Faktla bağlı cinayət […]
Bərdədə FACİƏ: Sahibkar öldü
Bərdədə sahibkarı cərəyan vurub. Canlixeber.com xəbər verir ki, hadisə dünən saat 10 radələrində baş verib. Kənd sakini 1972-ci il təvəllüdlü Mahir Həsən oğlu Həsənov Bərdə rayonu Mollalı kəndindəki fermasında heyvanları yemləyən zaman elektrik cərəyanının vurması nəticəsində ölüb. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
Bərdənin üç kəndində qaz olmayacaq
Avqustun 18-də Bərdə rayonunun 3 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar 18.08.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Bərdə rayonunun Zümürxan, İmamqulubəyli və Çəmənli kəndlərinin qaz təchizatı dayandırılacaq.
