Bakı-Tbilisi qatarı yolda qaldı – SƏBƏB
1 min read

Bakı-Tbilisi qatarı yolda qaldı – SƏBƏB

Bu gün səhər saatlarında Gürcüstanda Qardabani-Tbilisi dəmir yolu sahəsində elektrik enerjisi təchizatında problem olduğundan Bakı-Tbilisi qatarının hərəkətində gecikmə qeydə alınıb.

Canlixeber.com xəbər verir ki, ADY-dən problemin həlli yubandığı üçün gözləmək istəməyən sərnişinlərin Qardabanidə düşməsinə şərait yaradıldığı bildirilib.

Qatar Tbilisiyə 2 saat 30 dəqiqə gecikmə ilə çatıb.