Bakı Ağır Cinayətlər Məhkəməsi
Bənizə 10 il 3 ay həbs cəzası verildi
Sevgilisindən şantaj yolu ilə 1 milyon manata yaxın pul tələb etməkdə ittiham olunan tiktoker Aybəniz Xəlilovanın (Bəniz) məhkəmə araşdırması başa çatıb. Canlixeber.com xəbər Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Fəxri Məmmədovun sədrlik etdiyi məhkəmə kollegiyası belə nəticəyə gəlib ki, təqsirləndirilən şəxsə hədə-qorxu ilə tələb etmə və xuliqanlıq maddəsi ilə verilmiş ittiham məhkəmə […]
Bulvar İdarəsində mənimsəmə ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Dənizkənarı Bulvar İdarəsində mənimsəmədə təqsirləndirilən İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və “GİRASOL” MMC-nin direktoru Fuad Babayevin məhkəməsi şahid ifadələri ilə davam edib. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahidlərdən biri də bulvarda gəmilərə nəzarət edən, eləcə də bilet satışı ilə […]
Prokuror Anar Məmmədli və Anar Abdullayevə cəza istəyib
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Canlixeber.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə cinayət işində olan sənədlər tədqiq edilib. Daha sonra dövlət ittihamçısı çıxış edib. O, 3 il müddətinə müəyyən vəzifə tutmaq hüququndan […]
“İdrak” liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə qismən qapalı keçirilir
Bakıda “İdrak” liseyində müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmənin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilir. Canlixeber.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili və zərərçəkən şəxsin nümayəndəsi vəsatət verərək prosesin qapalı keçirilməsini xahiş ediblər. Onlar bildirib ki, yayılan məlumatlardan sonra həm təqsirləndirilənin, həm də […]
Səhiyyə Nazirliyinin sabiq idarə rəisinin məhkəməsində ittiham aktı elan olunub
Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin külli miqdarda mənimsəmədə təqsirləndirilən sabiq rəisi Mehdi Əmrahovun cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb. Canlixeber.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Valeh Ələkbərov ittiham aktını elan edib. İttihama görə, M.Əmrahov 2022-ci ildən etibarən adını yazdırdığı, lakin […]
Mebel emalatxanasında 10 nəfərin öldüyü yanğınla bağlı ittiham edilənlərin cəzası azaldılıb
“Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində yerləşən mebel emalatxanasında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışla bağlı təqsirləndirilən şəxslərin barəsində olan hökmdən onların vəkilləri və zərərçəkənlərin hüquqi varislərinin verdiyi kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə […]
Prokuror “Beniz”ə ağır cəza istədi
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən “Beniz” ləqəbli tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Daha sonra prokuror Babaxan Həsənəliyev dövlət ittihamının müdafiəsi zamanı Aybəniz Xəlilovanın 11 il azadlıqda məhrum edilməsini məhkəməyə […]
Səhiyyə Nazirliyinin sabiq idarə rəisi məhkəmə zalında həbs olundu
Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin külli miqdarda mənimsəmədə təqsirləndirilən sabiq rəisi Mehdi Əmrahovun barəsindəki cinayət işi üzrə məhkəmə başlayıb. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib. Prosesdə Səhiyyə Nazirliyinin Daxili Nəzarət Şöbəsinin əməkdaşı zərərçəkənin nümayəndəsi qismində iştirak edib. Qarşı tərəfin müdafiəçiləri vəsatət […]
Məhkumu azad etdirəcəyi vədi ilə 130 min manat alan “məmura” AĞIR CƏZA verildi
Özünü müxtəlif dövlət qurumlarının əməkdaşı kimi təqdim edərək, bir neçə nəfəri aldatmaqla külli miqdarda pul vəsaitini ələ keçirməkdə təqsirləndirilən şəxs barəsində hökm elan olunub. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan proses zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs S.Ə. zərərçəkənlərin etibarını qazanmaq üçün müxtəlif vaxtlarda özünü Ədliyyə Nazirliyinin və Ali Məhkəmənin əməkdaşı […]
Dövlət qurumunda 717 minlik yeyinti: Sabiq rəisə pul, iki əməkdaşına həbs cəzası
Auditorlar Palatasının Maliyyə və texniki təminat idarəsinin sabiq rəisi Vəli Rəhimov, maliyyəçi-mühasib Gövhər Əhmədova və auditor Fəridə Novruzovanın cinayət işinin məhkəməsinin yekun prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən yekun prosesdə təqsirləndirilənlər son sözlərini bitirdikdən sonra hökm elan edilib. Məhkəmənin hökmü ilə Vəli Rəhimova yüngül cəza […]
