Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı – RƏSMİ
1 min read

Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı – RƏSMİ

Bakı-Astara marşrutu üzrə sərnişin daşımalarının bərpa ediləcəyi tarix açıqlanıb.

Canlixeber.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev məlumat verib.

O bildirib ki, artıq həmin istiqamətində dəmir yolu xəttinin bərpasına başlanılıb:

“Hazırda Ələt-Osmanlı-Astara dəmir yolu xəttinin təmir-bərpa işləri gedir. 2027-2028-ci illər ərzində dəmir yolunun bərpası başa çatacaq. Növbəti mərhələdə qatar parkının yenilənməsindən sonra Bakı-Astara marşrutu üzrə sərnişin daşımaları bərpa edilə bilər. Hazırda bu xətlə yük daşımaları həyata keçirilir”.