Araz-Naxçıvan FK
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib
“Araz-Naxçıvan”ın İdarə Heyətinin iclası keçirilib. Canlixeber.com xəbər verir ki, toplantıda klubun yeni mövsümə hazırlığı, akademiya komandalarının yenidən formalaşdırılması, əsas komandanın transfer çalışmaları müzakirə olunub. İdarə Heyətinin qərarına əsasən, Ceyhun Sultanov klubun prezidenti vəzifəsinə təyin edilib. Qeyd edək ki, futbolçu kimi “Fərid”, “Neftçi”, “Dinamo” (Bakı), “Bakı”, “Xəzər-Lənkəran”, “Kəpəz”, “Sumqayıt”, “Qəbələ”, həmçinin İranın “Maşınsazi” klublarında çıxış edən […]
“Araz-Naxçıvan” kapitanı Urfan Abbasovla vidalaşıb
“Araz-Naxçıvan” PFK futbolçu Urfan Abbasovla başa çatan müqaviləni yeniləməyib. Canlixeber.com xəbər verir ki, bu barədə “Araz-Naxçıvan” FK məlumat yayıb. Bildirilib ki, klub rəhbərliyi göstərdiyi xidmətlərə görə futbolçuya təşəkkür edir, karyerasında uğurlar arzulayır. Qeyd edək ki, “Araz-Naxçıvan” bundan əvvəl Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriqes, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe […]
Naxçıvan təmsilçisi daha bir futbolçu ilə müqaviləni yenilədi
“Araz-Naxçıvan” Ülvi İsgəndərovla yeni müqavilə imzalayıb. Canlixeber.com xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisindən bildirilib. Ü.İsgəndərov yeni mövsümdə də “qırmızı-ağlar”ın formasını geyinəcək. 2024/2025 mövsümündən “Araz-Naxçıvan”ın heyətində yer alan futbolçu ilə anlaşmanın müddəti 1 illikdir. Qeyd edək ki, klub buna qədər Tərlan Əhmədli, Ömər Buludov və Slavik Alxasovla da müqaviləni yeniləyib.
“Araz-Naxçıvan” baş məşqçisi Andrey Demçenko ilə yollarını ayırdığını açıqlayıb
“Araz-Naxçıvan” baş məşqçisi Andrey Demçenko ilə yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisi məlumat yayıb. Ukraynalı mütəxəssisin müqaviləsinin müddəti başa çatıb.
