1 min read

Ağdərədə ər-arvadın avtoqəzada ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb

Ağdərədə ər-arvadın avtoqəzada ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb. Canlixeber.com xəbər verir ki, Əsgərov Nazim Yunis oğlunun idarə etdiyi “Toyota Hilux” markalı avtomobilin Ağdərə rayonu Zəylik kəndi ərazisində dərəyə aşması nəticəsində sonuncu və avtomobildə olan arvadı Könül Əsgərova hadisə yerində ölüb, qızı Mələk İsmayılova və 2026-cı il təvəllüdlü nəvəsi Uğur İsmayılzadənin müxtəlif dərəcəli bədən […]

1 min read

Ağdərədə ər və arvad FACİƏLİ ŞƏKİLDƏ öldülər

Ağdərə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, qəza gecə saatlarında Həsənriz-Umudlu yolunda qeydə alınıb. Avtomobilin aşması nəticəsində Kəlbəcər rayon sakinləri – N.Əsgərov və həyat yoldaşı K.Əsgərova həyatını itirib. Avtomobildə olan digər Kəlbəcər sakini M.İsmayılova xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

1 min read

Ağdərədə mikroavtobus dərəyə aşdı: Xəsarət alanlar var

Ağdərədə fəhlələri daşıyan mikroavtobus dərəyə aşıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Suqovuşan kəndi ərazisində qeydə alınıb. İlkin məlumatlara görə, qəza zamanı 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Mikroavtobusun şirkətlərdən birində çalışan işçiləri daşıdığı qeyd olunur. Faktla bağlı araşdırma aparılır.

1 min read

Ağdərədə avtobus aşıb, xeyli sayda yaralı var

Ağdərə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, rayon ərazisində avtobusun aşması nəticəsində xeyli sayda şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda yaralılar Ağdam və ətraf rayonlardan cəlb olunan təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanalara təxliyə edilirlər. Hadisənin başvermə səbəbi, yaralıların dəqiq sayı və digər təfərrüat araşdırılır.

1 min read

Ağdərədə “Niva” aşdı: Xəsarət alanlar var

Ağdərə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Çardaqlı kəndi ərazisində qeydə alınıb. Kənd ərazisində hərəkətdə olan “Niva” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində sürücü İsa Ağayev, sürücünün atası Bəhram Ağayev və digər sərnişin Samir Məmmədov ağır xəsarət alıblar.Yaralılar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırmalar aparılır.

1 min read

Ağdərədə insana məxsus sümüklər TAPILDI: İtkin düşən ailəyə aid olduğu ehtimal edilir

Ağdərə rayonu, Baş Güney kəndində insana məxsus sümüklər aşkar edilib. Canlixeber.com “Report”a istinadən xəbər verir ki, aşkar edilən sümük fraqmentlərinin Balay Ələsgər oğlu Qəribovun ailə üzvlərinə aid olduğu ehtimal edilir. Sümük fraqmentləri onların yaşadığı evin həyətindən nəvəsi Bəxtiyar Əsgərov tərəfindən aşkarlanıb. Qeyd edək ki, 1992-ci il mart ayının 12-si tarixində Baş Güney kəndi erməni silahlı qüvvələri […]