Gəncənin bir sıra ərazilərində qaz təchizatı məhdudlaşdırılıb
1 min read

Gəncənin bir sıra ərazilərində qaz təchizatı məhdudlaşdırılıb

Gəncənin bir sıra ərazilərində qaz təchizatı məhdudlaşdırılıb.

Canlixeber.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Məlumata görə, şəhərin Avtovağzal ərazisinə yaxın hissəsində yerləşən tunelin içərisində yüksəkgərginlikli elektrik naqillərində və üzərində olan şitdə sentyabrın 12-də yanğın baş verdiyindən texniki təhlükəsizlik tədbiri olaraq “Avtozavod”, “Sənaye” və “Şəhər-1” ortatəzyiqli qaz xətlərindən qaz təchizatı məhdudlaşdırılıb.

Tuneldə yanğın söndürüldükdən sonra hadisə şəraitinin qiymətləndirilməsi və qaz təchizatının bərpası üçün lazım olan maddi-texniki və əmək resursları hadisə yerinə cəlb olunacaq.