Siyasət
Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və buğda göndəriləcək
Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə gübrə və buğda göndəriləcək. Canlixeber.com xəbər verir ki, bu ölkəyə 2 vaqon gübrə və 2 vaqon buğda tədarük olunacaq. Qatar saat 14:00-da “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.
Asəf Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib – SƏRƏNCAM
Asəf Hacı oğlu Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib. Canlixeber.com xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Asəf Hacıyev Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə və elmin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeninə layiq görülüb.
Azərbaycan XİN Pakistana başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistana başsağlığı verib. Canlixeber.com xəbər verir ki, bu barədə XİN X-da paylaşım edib. “Biz Pakistanın Kvetta şəhərində sərnişin qatarını hədəf alan iyrənc terror hücumunu qətiyyətlə pisləyirik. Bu hücum nəticəsində günahsız insanların faciəvi şəkildə həyatını itirməsi və çox sayda insanın yaralanması dərin təəssüf doğurur. Qurbanların ailələrinə səmimi başsağlığı verir, bu çətin […]
Mirzoyan: Ermənistan Rusiyadan asılılığı azaldıb
Ermənistan son illərdə siyasi, iqtisadi və enerji sahələrində bir mərkəzdən — xüsusilə Rusiyadan asılılığını azaldaraq, əməkdaşlıq etdiyi ölkələrin sayını genişləndirib. Canlixeber.com xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Arorat Mirzoyan deyib. Onun sözlərinə görə, Ermənistan uzun illər özünü təhlükəsizlik baxımından “böyük müttəfiqə” ehtiyac duyan ölkə kimi görüb: “Bu yanaşma zamanla dəyişib, çünki müəyyən məqamlarda gözlənilən dəstəyin […]
Zelenski İlham Əliyevə zəng etdi
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Canlixeber.com qeyd edir ki, bu barədə Prezidentin “X” hesabında paylaşım edilib. “Telefon danışığı zamanı ölkələrimiz arasında münasibətlərin inkişafındakı müsbət dinamika məmnunluqla qeyd olunub. Həmçinin ikitərəfli gündəlik çərçivəsində Qəbələdə keçirilmiş görüşdə müzakirə olunan məsələlərin icrası ilə bağlı fikir mübadiləsi aparılıb”, – deyə məlumatda qeyd olunub.
