1 min read

ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək

ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün, oktyabrın 12-də fəaliyyət göstərməyəcək. Canlixeber.com xəbər verir ki, bu barədə səfirliyin feysbuk hesabında məlumat paylaşılıb. Bildirilib ki, ABŞ-nin Azərbaycandakı səfirliyi Kolumb Günü ilə əlaqədar işləməyəcək. Xatırladaq ki, Kolumb Günü hər il oktyabrın 12-də Xristofor Kolumbun 1492-ci ildə Amerika qitəsinə çatmasının ildönümü münasibətilə qeyd olunur.

3 mins read

Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev

“Dövlət ümumi təhsil məktəblərində müəllimlərin işgüzar geyimi və şagirdlərin vahid məktəbli formasının tətbiq olunması qanunvericiliyimizin, hüququn və Konstitusiyanın tələblərinə uyğundur”. Canlixeber.com xəbər verir ki, bunu “Azərbaycan müəllimi”nə Milli Məclisin deputatı Musa Quliyev deyib. Onun sözlərinə görə, Azərbaycanda ümumtəhsil məktəblərində təhsil dünyəvi xarakter daşıyır və təhsilin həm mahiyyəti, həm də forması dünyəvilik prinsipinə uyğunlaşmalıdır. Nazirlər Kabinetinin […]

11 mins read

“Valideynlər övladlarının təhsilini və gələcəyini düşünməlidirlər” – Deputat

“Vahid məktəbli formasının tətbiqi şagirdlər arasında sosial bərabərliyin və həmrəyliyin gücləndirilməsinə, onların diqqətinin geyim fərqlərindən daha çox tədris prosesinə yönəlməsinə töhfə verir”. Canlixeber.com xəbər verir ki, bu fikirləri “Azərbaycan müəllimi”nə Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib. “Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir” Onun sözlərinə görə, vahid məktəbli formasının tətbiqi dünyanın bir çox ölkəsində […]

1 min read

İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov oktyabrın 10-da “Bakı Ağ Şəhər”də olublar. Canlixeber.com xəbər verir ki, “Bakı Ağ Şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıxov Rusiyanın Çeçenistan Respublikasının başçısına burada yaradılmış şərait barədə məlumat verib. Qeyd olunub ki, bura əvvəllər “Qara şəhər” kimi tanınıb. 150 ildən çox müddətdə neft […]

1 min read

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

“2024-cü ilin dekabrında Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması ilə əlaqədar öz adımdan, bütün çeçen xalqı adından bir daha dərin hüznlə başsağlığı vermək istəyirəm. Bu, bizim ortaq kədərimizdir”. Canlixeber.com xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Bakıda Prezident İlham Əliyevlə görüşdə deyib. “Biz qardaş Azərbaycan xalqının kədərini səmimi-qəlbdən bölüşürük və həlak olanların […]

5 mins read

İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu qəbul edib. Canlixener.com xəbər verir ki, qonağı salamlayan Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Sizi Azərbaycan torpağında bir daha görməkdən şadam. Xoş gəlmisiniz. Qısa səfər olmasına baxmayaraq, düşünürəm ki, çox məhsuldar olacaq. Yaxşı bilirik ki, xalqlarımız arasında qardaşlıq münasibətləri qədim tarixə malikdir […]

2 mins read

Şahbaz Şərif İlham Əliyevə zəng edib

Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Canlixeber.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı zamanı Azərbaycan ilə Pakistan arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub, yüksək səviyyədə mütəmadi görüşlərin və məsləhətləşmələrin ikitərəfli əlaqələrin daha da möhkəmlənməsində rolu qeyd edilib. Baş […]

3 mins read

Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur

Azərbaycanda LGBT təbliğatının qadağan edilməsi haqqında qanun qəbul olunacaq. Canlixeber.com globalinfo.az-a istinadla xəbər verir ki, yeni qanunla LGBT mövzusunun ictimai məkanlarda, mediada və digər informasiya kanallarında təbliği ilə bağlı məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur. Yeni qanunun qəbulu və tətbiqi ilə bağlı aşağıdakı kateqoriyalar üzrə müvafiq addımlar atılacaq: Media və internet: LGBT münasibətlərini təşviq etdiyi hesab olunan […]

2 mins read

Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi

Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının tərkibində dəyişiklik edilib. Oxu.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib: Komissiyanın sədri Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Komissiya sədrinin müavini Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini Komissiyanın üzvləri: […]