Siyasət
Prezident: “Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir”
“Xəzərin nadir ekosisteminin qorunması bürün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir”. Canlixeber.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında bildirib. Son illərdə Xəzəryanı ölkələrin geniş hüquqi çərçivə yaratdığını vurğulayan dövlətimizin başçısı Azərbaycanın demək olar bütün beştərəfli beynəlxalq hüquqi sənədlərin tərəfi olduğunu deyib. Prezident İlham Əliyev, həmçinin 2018-ci ildə […]
Prezident: “Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir”
“Bu gün Xəzər dənizinin iqtisadi və strateji əhəmiyyəti daha da artır. Xəzər dənizindən mühüm nəqliyyat və enerji marşrutları keçir, iri beynəlxalq layihələr həyata keçirilir”. Canlixeber.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında söyləyib. “Bu şəraitdə Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq çox […]
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib. Canlixeber.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Sonra MDB çərçivəsində müxtəlif sahələri əhatə edən bir sıra sənədlər imzalanıb.
Prezident: “Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır”
“2027-ci ildə MDB-yə həmsədrlik etmək qərarını dəstəklədiyiniz üçün minnətdarlığımı bildirmək istəyirəm. Biz bunu ölkəmizə olan yüksək etimadın əlaməti kimi qiymətləndiririk və ortaq məqsədlərin həyata keçirilməsində fəal iştirak etməyə hazırıq”. Canlixeber.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edərkən deyib. “Azərbaycan, həmçinin 2028-ci ildə […]
İlham Əliyev: “Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir”
“Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini davamlı olaraq möhkəmləndirir, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq dəhlizləri boyunca etibarlı tranziti təmin edir”. Canlixeber.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkmənbaşıda keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib. Dövlətimizin başçısı vurğulayıb: “2026-cı ilin birinci yarısında Azərbaycandan keçən tranzit daşımalarının həcmi 10 […]
İlham Əliyev: “Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi”
“Humanitar əməkdaşlıq əsas istiqamətlərdən biridir. Laçının Birliyin mədəniyyət paytaxtı elan edilməsi qərarını dəstəklədiklərinə görə MDB dövlət başçılarına minnətdarlığımı bildirmək istəyirəm”. Canlixeber.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Türkmənbaşıda keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı səsləndirib. Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Ötən il Laçında keçirilən genişmiqyaslı tədbirlər qonaqlarımıza bu bölgənin […]
Prezident: “MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib”
“Bu il Müstəqil Dövlətlər Birliyi 35 illiyini qeyd edir. Son illər ərzində MDB siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib”. Canlixeber.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib.
Nikol Paşinyan Azərbaycanla sülh prosesində Almatı Bəyannaməsinin rolundan danışıb
“Almatı Bəyannaməsi Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasında mühüm rol oynayıb”. Canlixeber.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan MDB Dövlət Başçıları Şurasının iclasında bildirib. Onun sözlərinə görə, 21 dekabr 1991-ci il tarixli Almatı bəyannaməsi MDB-nin təməl sənədlərindən biridir. Paşinyan xatırladıb ki, 2024-cü ildə Ermənistan və Azərbaycan iki ölkə arasında dövlət sərhədinin […]
Özbəkistan 2027-ci ildə MDB-yə sədrlik edəcək
“2027-ci ildə MDB-yə sədrlik Özbəkistana keçəcək”. Canlixeber.com xəbər verir ki, bu barədə Müstəqil Dövlətlər Birliyinin baş katibi Sergey Lebedev MDB Dövlət Başçıları Şurasının iclasında bildirib. “Elan etmək istərdim ki, 2027-ci ildə Müstəqil Dövlətlər Birliyinə sədrlik Özbəkistana keçəcək”, – deyə o qeyd edib.
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib
Türkmənistanın Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib. Canlixeber.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.
