Kriminal
Sabiq icra başçısının oğlunun iki milyonluq əmlakını kimlər ələ keçirib? – Anası məhkəmədə danışdı
Mingəçevir və Zərdabın icra başçısı işləmiş Lütvəli Babayevin oğlunun iki milyonluq əmlakını ələ keçirməkdə ittiham olunanların məhkəməsi davam edir. Canlixeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda Lütvəli Babayevin həyat yoldaşı Rübabə Babayeva ifadə verib. Bundan əvvəl Lütvəli Babayev də məhkəmədə sorğu-sual edilmişdi. Bu dəfə isə onun həyat yoldaşı şahid […]
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Ötən gün ölkə ərazisində qeydə alınan 34 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 51, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eyni zamanda, narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatın götürülməsi […]
Ramiz Mehdiyev daha bir vəzifəsini itirdi
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib. Canlixeber.com “Unikal”a istinadla xəbər verir ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev YAP-ın Veteranlar Şurasından çıxarılıb. Qeyd edək ki, Ramiz Mehdiyev uzun illər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, daha sonra isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifələrində çalışıb. Hazırda R.Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ […]
Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi və dini nifrət, düşmənçiliyin salınması faktları üzrə cinayət işi başlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, sosial şəbəkələrdə müxtəlif şəxslər, o cümlədən Türkiyə vətəndaşı, “Şanlıurfa Olay” qəzetinin köşə yazarı, 1975-ci il təvəllüdlü Celal Çiftçi tərəfindən qeyd olunan əməllərə […]
İranla sərhəddə əməliyyat: 35 kiloqram narkotik aşkarlandı
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana keçirilməsinin qarşısı alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə DSX məlumat yayıb. Belə ki, oktyabr ayının 15-də keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 35 kiloqram narkotik vasitə və 4 960 ədəd psixotrop […]
Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib
Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib. Məlumata görə, «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Abbasov Anar Eldar oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən […]
Lerikdə tanışını güllələyib meyitini dərəyə atan şəxsə hökm oxunub
Lerikdə tanışını başından güllələyərək meyitini dərəyə atmaqda və digər cinayət əməllərində təqsirləndirilən Elşən Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, Cəlilabad Hərbi Məhkəməsində hakim Vüqar Əhmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Elşən Ağayev 15 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Lerik […]
Goranboy sakini güllələnərək öldürüldü – Saxlanılan var
Goranboyda güllələnmə hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Bağçakürd kəndində qeydə alınıb. İlkin məlumata görə, psixoloji problemləri olan 31 yaşlı Orxan Həsənov ov tüfəngindən açdığı atəşlə həmkəndlisi Qələndər Muradovu qətlə yetirib. Polisin keçirdiyi müvafiq tədbirlər nəticəsində O.Həsənov saxlanılıb. Hadisə şəxsi münasibətlər zəminində qeydə alınıb.
Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edilib
Abşeron rayonunun Xırdalan şəhərində yerləşən orta məktəblərdən birinin şüşələri gecə saatlarında daş parçaları ilə sındırılıb. Canlixeber.com xəbər verir ki, xuliqanlıq hərəkətləri törədən Bəxtiyar Muradov polis tərəfindən saxlanılaraq həbs edilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Nazirliyin bölmə rəisi rüşvət verməyən şəxsi evsiz qoyub – Məhkəmə
Mənzil təminatı ilə bağlı rüşvət almaqda təqsirləndirilən Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinin Salyan rayon Mənzil-İstismar Hissəsində bölmə rəisi vəzifəsində çalışmış, qurumun rəisi vəzifəsini müvəqqəti icra etmiş Əvəz Rüstəmovun barəsindəki cinayət işi üzrə məhkəmə iclası keçirilib. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesi şahidlərin ifadəsinin dinlənilməsi ilə davam […]
