Kriminal
“Baksol”da gəncin kanalizasiyaya düşərək ölməsində təqsirləndirilən sahə rəisinə cəza istənilib
Dövlət ittihamçısı “Baksol yolu” ərazisində yolun çökməsi nəticəsində kanalizasiyaya düşən 27 yaşlı Cümşüd Cümşüdlünün ölümü ilə bağlı başlanmış cinayət işi üzrə ittiham edilən Bakı Sukanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun 3 il müddətə müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Canlixeber.com xəbər […]
Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək – Tarix açıqlandı
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işi üzrə növbəti məhkəmə iclasının vaxtı məlum olub. Canlixeber.com Gununsesi.info-ya istinadən xəbər verir ki, cinayət işi üzrə növbəti məhkəmə prosesi 16 oktyabr 2026-cı il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək. Hakim Murad Aslanovun sədrliyi ilə keçiriləcək məhkəmə iclasında şahidlərin dindirilməsi nəzərdə tutulur. […]
Müxtəlif vədlərlə 6 nəfəri aldatdı – Məhkəmə qərar verdi
Gəncə şəhərində vətəndaşlara qarşı dələduzluq əməlləri törətmiş 1973-cü il təvəllüdlü Mehman Məmmədov həbs edilib. Canlixeber.com xəbər verir ki, Gəncə Şəhər Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 178 və 320-ci (dələduzluq və sənədlərin saxtalaşdırılması) maddələri ilə təqsirli bilinib. Məlum olub ki, Mehmanın ikinci qrup üzrə müddətsiz əlillik dərəcəsi var. O, ətrafına özünü nüfuzlu şəxs kimi təqdim […]
Bakıda 20 yaşlı oğlan bıçaqlandı
Bakıda bıçaqlanma hadisəsi baş verib. Canlixeber.com , hadisə bu gün gecə saat 02 radələrində qeydə alınıb. Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Əkbər Səbuhi oğlu Məmmədov kəsici-deşici xəsarətlərlə xəstəxanaya hospitalizasiya edilib. Faktla bağlı araşdırma aparılır.
Saleh Səmədovun mənimsədiyi 200 min manatı oğlu qaytardı
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədov dövlətə vurduğu ziyanı tam ödəyib. Canlixeber.com istinadən xəbər verir ki, pul onun oğlu tərəfindən qaytarılıb. S.Səmədov külli miqdar təşkil edən 200 min manatın mənimsənilməsində ittiham olunurdu. Bu məbləğin 44 min manatı hələ ilkin istintaq dövründə ödənilmişdi. Qalan hissə isə bu gün tam bağlanıb. Bundan əlavə, […]
Azyaşlıya işgəncə verən falçının məhkəməsi: “Hər dəfə uşaq deyirdi ki, pişik cırmaqlayıb”
Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M.-ə işgəncələr verərək, xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzovanın cinayət işinin növbəti məhkəmə baxışı keçirilib. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən iclas təqsirləndirilən tərəfdən zərərçəkənlərdən birinin ifadəsi ilə işini davam edib. Zərərçəkən Ş.F. təqsirləndirilən Günay Novruzovanı iş yoldaşı vasitəsilə tanıdığını deyib: “Bu […]
Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş
Lənkəranda arvad ərini döyərək bıçaqlayıb. Canlixeber.com xəbər verir ki, hadisə Lənkəran şəhəri ərazisində baş verib. Şəhər sakini Şadil Məmmədov (soyad şərtidir – red.) birinci ailəsindən boşanmış 4 uşaq anası olan Aytənlə evlənib. Bir müddətdən sonra onların bir övladı olub. Bir neçə gün əvvəl Şadil işdən evə gələrkən Aytən ondan uşaq üçün yemək pulu istəyib. Şadil […]
Məhkəmə həyat yoldaşını qəsdən öldürən şəxsi mirasdan məhrum etdi
Bakının Nizami Rayon Məhkəməsində şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi tələbinə dair mülki işə baxılıb. Canlixeber.com xəbər verir ki, işin hallarına əsasən, cavabdeh 2023-cü ildə aralarında yaranmış şəxsi münasibətlər zəminində həyat yoldaşını xüsusi amansızlıqla qəsdən öldürüb. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmü ilə, o, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi üzrə təqsirli bilinərək 17 il müddətinə […]
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib
Oktyabrın 12-də paytaxtın Qaradağ rayonunda məktəb direktoruna məxsus “Kia” markalı avtomobilin yandırılması faktı araşdırılıb. “Azərbaycan müəllimi” xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə polis tərəfindən keçirilən tədbirlərlə avtomobili yandıran, əvvəllər məhkum olunmuş Fuad İbrahimov müəyyən olunaraq həbs edilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Novruz bayramı günü müəllimə olan arvadını qətlə yetirən şəxs: “Bir dəfə xəyanətini bağışladım”
Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Vasif Abbasovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilənə ittiham aktını elan edib. Vasif Abbasov ittihamla özünü təqsirli bilib. Təqsirləndirilən prosesdə sərbəst ifadəsi zamanı hadisənin təfərrüatını danışıb. “2021-ci ildə həyat yoldaşımı məktəbdə […]
